Zelenski ABŞ-ın Rusiya uydurmalarını dinlədiyini bəyan etdi

Vladimir Zelenski ABŞ-dan olan jurnalistlərə deyib ki, Vaşinqtonda Ukraynadakı müharibəyə Rusiyanın baxışı üstünlük təşkil edir. O, Donald Trampı müharibənin getdiyi ölkəyə şəxsən səfər etməyə çağırıb. Çünki ABŞ-ın siyasi rəhbərliyi Ukraynadakı müharibədə daha çox rusların uydurmalarını dinləyir. Bu barədə Vladimir Zelenski aprelin 13-də Amerikanın CBS telekanalına müsahibəsində bildirib. Zelenski Trampa səslənib:
“Gəlin və reallığı görün” Ukrayna prezidenti vurğulayıb ki, "Siz rusların təcavüzkarlar olmadığına, bu müharibəni onların başlatmadıqlarına inandığınız halda necə bizim qurbanlar verdiyimizı və çəkdiyimiz əzabları hiss edə bilərsiniz? Bu gün baş verənlər isə Rusiyanın informasiya siyasətinin Amerikaya, ABŞ siyasətinə və Amerika siyasətçilərinə bir başa təsirindən xəbər verir". “Prezident Tramp güclü ölkənin güclü prezidenti olmaqla Ukraynanın tərəfində olmalıdır”, - deyə Zelenski bildirib. Zelenski onu da qeyd edib ki, Vladimir Putin təkcə Ukraynanı deyil, digər ölkələri də ələ keçirmək istəyir. “Biz möhkəm dayanmasaq, o, daha da irəli gedəcək. "Bu, sadəcə olaraq boş spekulyasiya deyil, təhlükəli reallıqdır. Putinin son məqsədi Rusiya imperiyasını bərpa etmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır ".
Surxay Əliyev