Fransanın 12 diplomatına Əlcəzairi tərk etmələri üçün 48 saat vaxt verdi

Fransa Xarici İşlər Naziri Jan-Noel Barrotun sözlərinə görə, “bu qərar üç Əlcəzair vətəndaşının milli ərazidə ciddi əməllər törətməkdə şübhəli bilinərək həbs edilmələrinə cavab ola bilər”. Nazir bu işdə 2024-cü ilin aprelində Fransada oğurlanan nüfuzlu Əlcəzairli müxalif Əmir DZ (Boukhors) işinə istinad edildiyini deyib. Cümə günü, aprelin 11-də bu işdə Əlcəzair konsulluğunun əməkdaşı da daxil olmaqla üç kişi ittiham olunub. Şənbə günü axşam saatlarında verdiyi cavabda Əlcəzairin Xarici İşlər Nazirliyi "vəziyyəti nəticəsiz buraxmayacağına" söz verib. "Hadisələrin belə qəbuledilməz inkişafı Əlcəzair-Fransa münasibətlərinə böyük ziyan vuracaq", - deyə Fransa xarici işlər naziri Jean-Noël Barrot bildirib və əlavə edib ki, Əmir DZ-nin işində "Əlcəzair səlahiyyətlilərindən davam edən məhkəmə proseslərini nəzərə almadan bu deportasiya tədbirlərindən imtina etmələri xahiş edilir". "Agentlərimizin ölkədən çıxarılması barədə qərar qüvvədə qalsa, bizim ona dərhal cavab verməkdən başqa çarəmiz qalmayacaq", - Fransa XİN rəhbəri xəbərdarlıq edib.
Surxay Əliyev