İsrail ilə Türkiyə danışıqlar aparanda İranla Ermənistan təlimlər keçirdi...

İran və Ermənistan 2024-cü ildə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə üçüncü toqquşma dalğasından sonra münasibətlərini daha da dərinləşdirib və bu yaxınlarda sərhəddə birgə təlimlər keçiriblər. “Long War” Journal xəbər verir ki, bu təlimlər, İsrail və Türkiyə nümayəndə heyətlərinin Suriyada hərbi məsələləri müzakirə etmək üçün Azərbaycanda görüşdüyü gün baş verib.Hansı ki,İsrail Ankaranın hərbi mövcudluğunun qarşısını almaq məqsədiylə Türkiyənin ən azı üç hava bazasını vurub. “Türkiyə mənbələri İsraillə gələcəkdə toqquşmaların qarşısını almaq üçün səy göstərildiyini bildirib. Türkiyənin dəstəklədiyi üsyançıların İranın uzun müddətdir dəstəklədiyi Bəşər Əsədi devirdi.Və Qafqaz və Suriyada İranın buraxdığı boşluğu Türkiyə getdikcə doldurur. Eyni zamanda, Suriyanın Ankaraya bağlı olan yeni lideri İranın ölkədəki təsirini azaldıb. Hansı ki,Ermənistan İranın Türkiyə və Azərbaycana qarşı son rıçaq ola bilərdi”, - deyə nəşr bildirir
Surxay Əliyev