Türkmən komandir Suriyada yüksək vəzifəyə təyin edildi

Suriya Milli Ordusunun (SMO) komandirlərindən Fehim İsanın yeni rəhbərlik tərəfindən müdafiə nazirinin müavini və Şimal bölgə komandiri vəzifəsinə təyinat aldığı məlum olub. Suriyanın yerli xəbər mənbələri SMO tərkibindəki Türkmən Sultan Murad Diviziyasının komandiri Fehim İsanın müdafiə nazirinin müavini və Suriyanın şimal bölgələrinin hərbi komandiri təyin edildiyini bildirib.Milliyətcə Türkmən olan İsanın Suriyanın şimal bölgələri, o cümlədən Hələb çölü üçün məsul hərbi komandir olacağı bildirildi. Fehim İsa daha əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya ziyarət etməsiylə gündəmə gəlmişdi.
Surxay Əliyev