ABŞ İsrailə raket hücumu edən Yəməni bombaladı

Bu axşam, Yəməndən İsrail ərazisinə ballistik raket buraxılmasından az sonra ABŞ-ın Yəmən ərazisinə hava zərbələri endirdiyi barədə xəbərlər gəlməyə başladı. Ərəb mətbuatında yayımlanan xəbərlərə görə, zərbələrdən biri Yəməndə yaşayan Əl-Qaidə terror təşkilatının yüksək rütbəli məmurunu hədəf alıb.Həmçinin Səna yaxınlığında hərəkət edən iki avtomobilə pilotsuz təyyarədən raket atılıb.
Bir nəfərin öldüyü bildirilir. Öz növbəsində husilər Amerikanın MQ9 PUA-nı vurduqlarını bildiriblər. Axşam saatlarında məlum olub ki, amerikalılar husilərin nəzarətində olan ərazilərin bir neçə bölgəsinə bomba və raket zərbələri endirib, nəticədə 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Zərbələr Səna və ətraf ərazilərdən əlavə, Əl-Cəvf və Marib yaxınlığına da endirilib.
Surxay Əliyev