Dünya çempionu Sudanda öldürülüb

Məşhur idmançı Sudanda öldürülüb. Belə ki, yüngül atletika üzrə 2011-ci il dünya çempionatında 800 metr məsafəyə qaçışda gümüş mükafatçı olan Abubaker Kaki Sudanda artilleriya hücumu nəticəsində həlak olub.
Bu barədə “Sudafax” portalı məlumat yayıb. 35 yaşlı idmançı iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub, 2008-ci ildə isə 18 yaşında turnirin ən gənc qalibi olub.