Zəlzələ yüzlərlə evi dağıtdı, bir uşaq öldü

Aprelin 13-də Tacikistanda baş verən və bir uşağın ölümü ilə nəticələnən zəlzələdə ölkənin iki rayonunda 100-ə yaxın yaşayış binası dağılıb, onlarla binaya ziyan dəyib. Bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin ilkin məlumatında deyilir. Hökümətin açıqlamasına görə, Rəşt rayonunun 5 kəndində 40 yaşayış binası tamamilə, 5 yaşayış binası, 3 çayxana və 1 yardımçı məktəb binası qismən dağılıb. Bundan başqa, Uşturpast kəndində üç yaşlı uşaq evin divarları arasında sıxılaraq ölüb:“Ümumilikdə, Tacikabad rayonunda ilkin məlumatlara görə, 54 yaşayış binası tamamilə dağılıb, 45 binaya qismən ziyan dəyib, 61 yaşayış binası və orta təhsil müəssisəsinin 2 korpusuna yüngül ziyan dəyib, 196 yardımçı binaya tam, 3 çayxana və 1 tibb müəssisəsinə qismən ziyan dəyib”.
Mətləb