Zelenskidən Trampa səfər dəvəti - "gəlin hər şeyi gözlərinizlə görün"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı ölkəyə səfərə dəvət edib. Bu barədə AFP məlumat yayıb. V.Zelenskinin D.TRampa səfər müraciəti elə bir vaxta təsadüf edir ki, Rusiya ordusu Sum şəhərində mülki insanları raket atəşinə tutub, onlarla mülki şəxsin meyiti küçələrdə spələnib.
“Lütfən, hər hansı bir qərar qəbul etməzdən, hər hansı danışıqlar aparmazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”, - deyə Zelenski bildirib.
Mətləb Salahov