Andrey Kozyrev Rusiyada “xarici agent” elan edildi

Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozyrevi “xarici agent” elan edib. Cümə günü, aprelin 11-də Ədliyyə Nazirliyinin saytında dərc edilən yazıdan belə çıxır ki, Kozırev Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxış edib. “Kozlrev Xarici saytlarla əlaqə saxlayır, Rusiya Federasiyasından kənarda yaşayır”, - deyə Rusiya Ədliyyə Nazirliyi əlavə edib. 2022-ci ilin yazında keçmiş nazir Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə etiraz olaraq “bütün rus diplomatlarını istefaya getməyə” çağırıb.Bu barədə Kozyrev X sosial şəbəkəsində yazıb:- sitat-"Rusiyanın hörmətli diplomatları, siz peşəkarsınız, siz ucuz təbliğatçı deyilsiniz. Mən Xarici İşlər Nazirliyində işləyəndə həmkarlarımla fəxr edirdim.Lakin Ukraynada qanlı qardaş qırğınına dəstək vermək sadəcə olaraq mümkün deyil"-sitatın sonu.2025-ci ilin martında Kozırev ukraynalı jurnalist Dmitri Qordonla müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin əraziləri geri almaq üçün müttəfiqlərindən silah tələb etməyə davam etməli olduğu deyib.
Andrey Kozırev Rusiya Federasiyasının ilk xarici işlər naziri olub. O, 1990-1996-cı illərdə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini tutub. 2012-ci ildən Kozırev ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayır. 2019-cu ildə o, Donald Trampı impiçmentinə çağırıb və ABŞ-ın “mənəvi həqiqətin çırağı” olmaqdan çıxdığı fikrini irəli sürüb.
Rusiya Ədliyyə Nazirliyinin siyahısında filoloq və ədəbiyyatşünas Nikolay Epple də var. Nikolay Epple hesab edir ki, Rusiyanın “işlənməmiş keçmişi” müharibəyə səbəb olub. Bundan başqa, “Memorial” mərkəzi ilə əməkdaşlıq edən ukraynalı jurnalist Daşa Şastlivaya və rusiyalı hüquq müdafiəçisi Anna Karetnikova da “xarici agent” adlandırılıb. Karetnikova əvvəllər Federal Penitensiar Xidmətin Moskva ofisində analitik işləyib. Siyahıya “Udmurtiya korrupsiyaya qarşı” hərəkatı da daxildir. Onun on minlərlə abunəçisi olan YouTube kanalı var və özünü "Udmurtiyanın ən böyük müstəqil anti-müharibə mediası" kimi təqdim edir. Bu arada Qlasnost Müdafiə Fondu ləğv olunduğu üçün siyahıdan çıxarılıb.
Rusiyada 2012-ci ildə “xarici agentlər” haqqında qanun qəbul edilib. O vaxtdan bəri bir neçə yüz təşkilat və şəxs qadağan siyahısına əlavə edilib.
Surxay Əliyev