Tramp ABŞ-İran danışıqlarını şərh etdi

CNN xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla yeni nüvə sazişi üzrə danışıqlara dair fikirlərini açıq şəkildə bildirməkdən imtina edib. "Düşünürəm ki, danışıqlar yaxşı gedir. Ona görə də bu barədə danışmağı xoşlamıram. Bununla belə, hər şey yaxşı gedir. "Məncə, İranla bağlı vəziyyət kifayət qədər yaxşı inkişaf edir", - bunu jurnalistlərlə söhbətində dövlət başçısı Air Force One-ın göyərtəsində dilə gətirib. Danışıqlarda iştirak edən mənbələr CNN-ə bildiriblər ki, Tramp administrasiyası prosesin sürətlə hərəkət etməsini istəyir. Danışıqların növbəti mərhələsi aprelin 19-na təyin edilib.
Surxay Əliyev