Kiçik Netanyahu Makronu təhqir etdi: "Cəhənnəm ol"

Sosial mediada fəal olan Benyamin Netanyahunun oğlu Yair Fransa prezidenti Emmanuel Makronun sosial şəbəkədəki paylaşımına kəskin və kobud reaksiya verərək yazıb: "Cəhənnəmə get! Yeni Kaledoniya üçün müstəqillik - Bəli! Fransız Polineziyasına müstəqillik –Bəli . Korsikaya müstəqillik – Bəli! Basklar bölgəsinə müstəqillik!-Bəli. Fransız Qvineyasına müstəqillik!-Bəli. Qərbi Afrikada fransız neo-imperializmini dayandırın!" Bu fikirlər, Fransa prezidentinin ölkəsinin Qəzza ilə bağlı mövqeyini dilə gətirdiyi və sülhə çağırış etməsinə cavab idi: "Bəli sülhə. İsrailin təhlükəsizliyinə bəli. Həmassız Fələstin dövlətinə bəli". Fransa prezidenti bu çağırışında fələstinlilərin dövlət qurmaq istəyini tam dəstəklədiyini yazıb və bunun İsrail dövlətinin təhlükəsizliyini qorumaq, girovları azad etmək və Qəzza zolağında atəşkəsə son qoymaqla edilməli olduğunu qeyd etmişdi. Makron əlavə etmişdi ki, "İsrail və Qəzza zolağı arasındakı böhranın yeganə həlli siyasi həll ola bilər". Cavabında kiçik Netanyahu Fransa prezidentinə müstəmləkələrini sadaladı və onları müstəqilliyə çağırdı.
Surxay Əliyev