Şənbə günü, 19 aprel 2025
     

Ankara və Dəməşqdən “alternativ plan” - PKK silahı yerə qoymasa...

Image

Suriyadakı PYD/YPG Öcalanın çağırışına baxmayaraq “silahsızlaşdırma” və “xitam” prosesinə müqavimət göstərəcəyi təqdirdə, Ankara və Dəməşq alternativ planı hərəkətə keçirməyə hazırlaşır. PKK lideri Abdullah Öcalanın qeyd-şərtsiz tərksilah və dağılışma çağırışından sonra təşkilatın qurultayını toplayaraq lazımi addımları atması gözlənilir. Mənbələr qurultay tarixinin aprelin sonunda açıqlanacağını, gözlənilən qərarın isə may ayında veriləcəyini bildirir. Ancaq PKK-nın Suriyadakı çətir təşkilatı PYD/YPG-dən fərqli siqnallar gəlməyə başlayıb. 2024-cü il dekabrın 8-də Bəşər Əsəd hökumətinin devrilməsindən istifadə edən təşkilat ABŞ və Fransanın köməyilə “kürd-kürd” dialoquna başladı. Suriyada Bərzani kürdləri ilə masa arxasına oturan PYD/YPG-nin yaxın günlərdə Dəməşqə yeni dosye təqdim edəcəyi bildirilib. Reuters-in məlumatına görə, bu faylda bir “federasiya” tələbi var. Bununla belə, Öcalanın çağırışında aşağıdakı ifadələr yer alırdı: “Həddindən artıq millətçi hərəkatın zəruri nəticələri; ayrı-ayrı milli dövlət, federasiya, inzibati muxtariyyət və mədəni həll yolları cəmiyyətin tarixi sosiologiyasına cavab ola bilməz”.

“Reuters”in məlumatına görə, Suriyadakı “Kürd Alyansı” prezident Əhməd Şaraa qarşı “federasiya” tələb etməkdə qərarlıdır. Agentliyin mənbələri PYD/YPG və Bərzani qruplarının “federal, plüralist, demokratik parlament sistemi” mövzusunda razılığa gəldiyini bildirir. Razılaşmanın təfərrüatları hələ açıqlanmasa da, PYD/YPG lideri Badran Jia Kurd ilk dəfə bu ortaq vizyonu təsdiqləyib. Jia Kürd, Suriyanın əsas məqsədinin "hər bir bölgənin inzibati, siyasi və mədəni xüsusiyyətlərini qorumaq" olduğunu və bunun üçün "bölgədə yerli qanunvericilik məclisləri, bölgəni idarə edəcək icraedici orqanlar və onlarla əlaqəli daxili təhlükəsizlik qüvvələri" tələb etdiyini söylədi. Suriya prezidenti Əhməd Şəra isə hələ yanvar ayında The Economist jurnalına verdiyi müsahibədə federal sistemə qarşı olduğunu bildirərək, bu sistemin xalq tərəfindən qəbul edilmədiyini və Suriyanın maraqlarına uyğun olmadığını bildirmişdi.

PKK-nın qurultayını toplayıb onu dağıtmaq qərarına gəldikdən sonra PYD/YPG-nin silahı yerə qoymağa müqavimət göstərəcəyi təqdirdə Ankara ilə Dəməşq arasında alternativ planların hazırlandığı məlum olub. PKK-nın təşkilatlarından olan Kürdüstan Araşdırma Mərkəzi Türkiyə və Suriya kəşfiyyatının bu mövzuda bir sıra görüşlər keçirdiyini bildirib. Mərkəzin məlumatına görə, martın 23-də MİT-ə bağlı yüksək səviyyəli məmurlar vertolyotla Dəməşqdəki türk bazasına gediblər. Həmin gün MİT rəsmiləri ilə Dəməşq kəşfiyyatı arasında Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və yüksək rütbəli türk komandirlərinin iştirakı ilə görüş keçirilib. Üç saat davam edən görüşdə “alternativ plan” müzakirə edilərkən, “Adana razılaşması”nın yenidən aktivləşdirilməsi ilə bağlı konsensus əldə edilib.

Alınan məlumata görə, YPG-nin silahı yerə qoymaması halında alternativ plan işə düşəcək. Hər iki tərəf YPG-nin silahlarını yerə qoymaması və KCK kadrlarının Suriyadan çıxarılmaması halında Adana razılaşmasının işə salınacağı ilə bağlı razılığa gəlib. Abyad, Mənbic, Tişrin bəndi və Afrin (Suriya Milli Ordusuna bağlı qruplar) Türkiyə Ordusunun əmr və göstərişləri ilə hərəkət edəcək, həmçinin İŞİD düşərgələrinin türk əsgərlərinin nəzarətində olacağı bildirilib”.

Türkiyə ilə Suriya arasında 20 oktyabr 1998-ci ildə Adanada "Terror və Terror Təşkilatlarına Qarşı Birgə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. Razılaşmaya əsasən, Türkiyə Ordusunun PKK ilə mübarizə çərçivəsində Suriya ərazisinin 5 kilometr dərinliyinə daxil olmasına icazə verilib. Kürdüstan Araşdırma Mərkəzi qeyd edib ki, yeni alternativ planda isə Türkiyənin Suriya ərazisinə 30 kilometr daxil olmasına icazə veriləcək. Belə ki, Suriyanın şimal-şərqində yeni hərbi əməliyyat Dəməşqin birbaşa razılığı ilə həyata keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan ötən ay verdiyi açıqlamada “dəmir yumruq” mesajını vermişdi. Prezident “Uzatdığımız əlin havada qalması və ya dişlənməsi halında dəmir yumruğumuzu həmişə hazır saxlayırıq”-demişdi. Eyni davranışı , Milli Müdafiə naziri Yaşar Gülər də göstərərək, “PKK və onun müxtəlif coğrafiyalarda fəaliyyət göstərən bütün uzantıları dərhal və qeyd-şərtsiz ləğv edilərək silahlarını təhvil verməlidirlər” deyib. "Atəşkəs kimi mətndə yer almayan məsələlər gündəmə gətirilməməlidir. Bizim son məqsədimiz terror təşkilatlarını tamamilə yox etməkdir. Sabotaj, sui-istifadə və ya prosesin uzadılmasına yol verilməyəcək"- deyə müdafiə naziri bildirib.

Türkiyənin gözləntiləri belə ümumiləşdirililr: “Birinci mərhələdə Suriyada beynəlxalq terrorçu statusuna malik YPG/PKK-nın tərkibində suriyalı olmayan ünsürlər ən qısa zamanda ölkəni tərk etməlidir, Türkiyə, İran, İraq və Avropadan gələn PKK kadrları isə bu gündən etibarən ölkəni tərk etməlidir. "İkinci mərhələdə Suriyalılar da daxil olmaqla, YPG-nin bütün komandanlığı ölkəni tərk etməlidir. Ondan sonrakı mərhələdə PKK-çı olmayan kadrlar silahlarını yerə qoymalı, normal həyatlarına qayıtmalı, yeni rəhbərliklə inteqrasiya etməli və milli, bərabər və vahid Suriya daxilində həyatlarına davam etməlidirlər."

Antalyada keçirilən Diplomatiya Forumunda çıxış edən İraqın xarici işlər naziri Fuad Hüseyn terrorla mübarizə mövzusunda Türkiyə ilə həmfikir olduqlarını bildirib. İraqlı nazir Türkiyənin terrorla mübarizədə atdığı addımları dəstəklədiklərini bildirib və Abdullah Öcalanın çağırışının çox əhəmiyyətli olduğunu vurğulayıb. CNN Türk-ə danışan xarici işlər naziri Fuad Hüseyn bu sözləri deyib: "Suriyada təhlükəsizlik və sabitliyi yaxından izləyirik, çünki bu, İraq üçün də çox vacibdir. Terrorun kökünün kəsilməsi istiqamətində bölgə üçün kritik bir prosesdəyik. Suriyada razılığa gəlməyi dəstəkləyirik. Biz Türkiyədə baş verənləri dəstəkləyirik. Abdullah Öcalanla danışıqları da dəstəkləyirik, çünki bu zaman terrorla bağlı bir çox problem həll olunacaq. Bu problem həll olunduğu zaman İraqdakı PKK problemi də həll olunacaq. "Beş ölkə bir araya gəldi, görüş keçirdik, terrordan danışdıq. Türkiyə, İraq, Suriya, İordaniya və Livan masa arxasında idi. Terrorla mübarizəyə razıyıq. İŞİD-lə mübarizə üçün mərkəz yaradacağıq. İlk iclası artıq İordaniyada keçirmişik"- deyə Fuad Hüseyn vurğulayıb.

Surxay Əliyev



VİDEO

SON XƏBƏRLƏR

19.04.2025 / 09:35
Səhiyyə Nazirliyinin yoxlamasından xəbər yoxdur, kosmetoloqlar isə "öz işlərindədir"...

19.04.2025 / 08:42
Belə getsə, Bakıda ev almaq mümkünsüz olacaq - yeyib-içmədən 189 ay işləməlisən...

19.04.2025 / 00:06
Qubada acınacaqlı vəziyyətə düşən Əbu Müslüm məscidi tam dağıla bilər - fəlsəfə doktoru nazirə müraciət etdi...

18.04.2025 / 23:43
Əməkdar artist nazirlə görüşdə nədən şikayət edib? - "İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq"

18.04.2025 / 23:23
Trampdan Putin və Zelenskiyə sərt xəbərdarlıq – “...deyəcəyik ki, siz axmaqsınız...”

18.04.2025 / 22:35
Rusiya Dumasının Komitə sədri: "Ermənistan konstitusiyasından Qarabağa aid müddəanı çıxarmalıdır"...

18.04.2025 / 22:17
Mehriban Əliyevanın “Instagram” səhifəsində Prezident İlham Əliyevlə “Sea Breeze” istirahət mərkəzinə səfərdən görüntülər paylaşılıb - VİDEO

18.04.2025 / 22:10
İsrael Katz: "İranın nüvə silahı əldə etməməsi üçün “hər şeyi edəcəyəm”

18.04.2025 / 21:20
Rusiya XİN-dən Azərbaycan sərhədindəki "casus yuvasına" reaksiya...

18.04.2025 / 21:10
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO

18.04.2025 / 21:04
Fransa Ermənistanı Azərbaycan və Rusiyaya qurban etmək istəyir

18.04.2025 / 20:49
Türk Dövlətləri Təşkilatı çətin keçid dövrü yaşayır...

18.04.2025 / 20:35
Paşinyan özündən əvvəlkilərin “kriminal əmlaklarını” müsadirə edəcək...

18.04.2025 / 20:28
Məhkəmə Əkrəm İmamoğlunun həbsinin davam etdirilməsinə qərar verdi

18.04.2025 / 20:22
İtaliya, Slovakiya, İsrail, Pakistan, Türkiyə Azərbaycanın müttəfiqləri - Ermənistanda böyük şok...

18.04.2025 / 20:08
Trampın ticarət müharibəsi dolların özünü vurdu - manatın taleyində tərəddüd var...

18.04.2025 / 19:53
"Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib" - Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

18.04.2025 / 19:47
Çinlə vizasız gediş-gəlişin Azərbaycana faydası və ziyanı...

18.04.2025 / 19:38
Paşinyan 2021-ci ilin mayını Qarabağ məsələsində "kulminasiya nöqtəsi" adlandırdı...

18.04.2025 / 19:25
Mirzoyan "Sülh kəsişməsi"ni Orta Dəhlizə qoşmaq iddiasındadır...

18.04.2025 / 19:11
Azərbaycan region ölkələri arasında yeni əməkdaşlıq formatını reallaşdırır

18.04.2025 / 18:57
Penitensiar sistemdə bir struktur ləğv edilir…

18.04.2025 / 18:44
İpoteka Fondunda təkrar maliyyələşdirmə problemi - Palata nə qərar verəcək?..

18.04.2025 / 18:30
“Urmiya gölünü məhv etdik” - İran parlamentində ürək göynədən ittiham...

18.04.2025 / 18:24
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

18.04.2025 / 18:17
Hesablama Palatasının 2 milyard manatlıq "maliyyə təhrifləri" - "təhrif" nə deməkdir...

18.04.2025 / 18:05
Bakı-İrəvan sazişi Tiflisdə imzalana bilər...

18.04.2025 / 17:51
Azərbaycanda 1 milyondan bahalı avtomobili halal əməklə almaq olar?..

18.04.2025 / 17:38
Avroittifaq Azərbaycana “mina yardımını” 23 milyon avroya çatdırmaq fikrindədir - həm də 5 il sonra...

18.04.2025 / 17:30
Əsədin Suriyada gizli əməliyyatı ortaya çıxdı - sərvətini və məxfi sənədləri ölkədən bu yolla çıxarıb...

18.04.2025 / 17:27
"Biz medianın obyektiv, dürüst, qərəzsiz materiallarla ictimaiyyəti məlumatlandırma funksiyasına yardımçı olmağa çalışırıq" - Əhməd İsmayılov

18.04.2025 / 17:18
Zakir Həsənov Türkiyənin HDQ-nin komandanı Ercüment Tatlıoğlu ilə görüşdü

18.04.2025 / 17:12
Erməni kəşfiyyatçı “Hakan Fidan – Türkiyənin mümkün prezidentinin portreti” kitabını çap etdirdi

18.04.2025 / 17:01
Bir daha Dədə Süleyman - “Çahargah”ın ustadı...

18.04.2025 / 16:48
Diplomatik korpusun nümayəndələri Şuşada...

18.04.2025 / 16:30
Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

18.04.2025 / 16:16
Qazaxıstandan daha bir qalmaqallı addım - Tokayev Cənubi Kiprlə imzalanmış sazişi təsdiqlədi

18.04.2025 / 16:10
Vətən üçün canından keçən Elməddin...

18.04.2025 / 15:44
Səudiyyə nazirinin Tehrana səfəri və səslənən bəyanatlar İsraili şoka saldı

18.04.2025 / 15:22
"O, “sən türksən” deyib məni təpiklədi" - Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı

18.04.2025 / 15:18
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar - FOTO\YENİLƏNDİ

18.04.2025 / 15:11
Bakıda iki nəfərdən narkotik vasitə aşkarlandı

18.04.2025 / 15:04
Rəy sorğusu - “İsrail dərhal Qəzzadan çıxsın”

18.04.2025 / 14:52
Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq etdi

18.04.2025 / 14:40
Zelenski Çini Rusiyaya silah verməkdə ittiham etdi

18.04.2025 / 14:29
Nazirlikdən adı siyahıya daxil edilməyən plastik cərrahlarla bağlı açıqlama...

18.04.2025 / 14:10
Bakıda evdən 17 min manatlıq oğurluq edənlər saxlandı

18.04.2025 / 14:02
Şəhid Ələsgər Mirzəliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırıldı

18.04.2025 / 13:53
Pezeşkianın Azərbaycana səfər tarixi açıqlandı...

18.04.2025 / 13:38
“Əsəd hər şeyi bilirdi”: Suriya diktatorunun qan donduran cinayətləri açıqlandı

18.04.2025 / 13:23
Bayden bir tədbirdə çıxışı üçün 300 min dollar istədi...

18.04.2025 / 13:10
Ф. Клинцевич! Вы один такой "умный", или таких много в России? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

18.04.2025 / 12:57
Dipkorpus nümayəndələrinin Xankəndi və Şuşaya səfəri başlayıb

18.04.2025 / 12:44
Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

18.04.2025 / 12:41
“Azdramada” nazirlə görüşdə tələb qoyuldu - bədii rəhbər ştatı ləğv olunsun!

18.04.2025 / 12:22
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olundu

18.04.2025 / 11:50
Yardımlıda keçmiş məhkum "Makarov"la tutuldu - FOTO

18.04.2025 / 11:35
"Azərbaycan Cənubi Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaradıb" - Hikmət Hacıyev

18.04.2025 / 11:05
ABŞ rəsmiləri qaçaraq Avropaya gəldilər. Nələr gözlənilir? - CANLI

18.04.2025 / 10:36
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı paylaşım edib

18.04.2025 / 10:05
"Faydalı qazıntılar üzrə saziş aprelin 24-də imzalanacaq" - Tramp bəyan etdi!

18.04.2025 / 09:35
Paşinyan Ermənistanın müstəqillik dövrünü palçıq kimi yerə sürtdü...

18.04.2025 / 09:25
Fənn olimpiadasında buraxılmış səhvlər aləmi qarışdırıb...

18.04.2025 / 09:15
Hər 2 qolunu itirmiş fələstinli uşağın fotosu dünya birincisi oldu....

18.04.2025 / 09:04
Ərdoğan Azərbaycanla bağlı bu əməkdaşlıq sazişini təsdiqlədi

18.04.2025 / 09:01
"Mançester Yunayted" əzmkar qələbə ilə yarımfinalda!

18.04.2025 / 08:37
Bu il kütləvi sayda abituriyent attestatsız qala bilər...

18.04.2025 / 08:16
Meloni Trampın şüarını dəyişdirdi: - “ABŞ və Avropa birlikdə “Qərbi yenidən möhtəşəm etməliyik”

18.04.2025 / 00:35
Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırdı

17.04.2025 / 21:33
Zərərçəkmiş şəxs: "Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar" - MƏHKƏMƏ +FOTO

17.04.2025 / 21:17
ABŞ-ın Suriyadan çəkilməsi kimə qarşı çevrilib?..

17.04.2025 / 21:02
"Turana" baş qoyanlar, 12 milyarda satılanlar... Türk dünyasını bölənlər...

17.04.2025 / 20:46
Şimal-Cənub dəhlizində Azərbaycanın hesabına yeni addımlar atılır...

17.04.2025 / 20:31
Ermənistan sazişdən əvvəl Azərbaycanla kommunikasiyaları açmaq istəyir...

17.04.2025 / 20:17
"Göyçədə bəzi ərazilərin Azərbaycana verilməsinə hazırlıq gedir" - Ermənistanda revanşistlər ayağa qalxır...

17.04.2025 / 20:02
İki dövlət Cənubi Qafqazın taleyini birlikdə dəyişir...

17.04.2025 / 19:47
Türkün vahid ordu strategiyası reallaşır - Azərbaycanla Türkiyə öndə...

17.04.2025 / 19:33
Ermənistan yola gəldi - Cənubi Qafqazda üçtərəfli formata qoşulur...

17.04.2025 / 19:19
İşğaldan azad edilmiş bölgələrdə qoyunçuluqda aşkar tənəzzül başlayıb...

17.04.2025 / 19:05
Bu qərar Paşinyanın devrilməsinə səbəb ola bilər...

17.04.2025 / 18:51
Lavrov beynəlxalq hüququn müstəsna prinsipini irticaçı şəkildə şərh etdi...

Azərbaycan region ölkələri arasında yeni əməkdaşlıq formatını reallaşdırır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011