Səudiyyə Ərəbistanı ABŞ-İran danışıqlarından məmnundur

ABŞ-İran danışıqları ilə bağlı Səudiyyə Ərəbistanı açıqlama yayıb. Açıqlamada Omanın danışıqlara ev sahibliyi etməsinin müsbət hal olduğu bildirilib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Omanda baş tutan dolayı danışıqlarla bağlı fikirlər paylaşılıb. Açıqlamada Omanın danışıqlara ev sahibliyi etməsindən məmnunluq bildirilməklə yanaşı regional və beynəlxalq mübahisələrin həlli yolu kimi dialoqun qəbul edilməsinin dəstəkləndiyi qeyd edilib. Açıqlamada həmçinin ABŞ-İran danışıqlarının regionda və dünyada sülh, təhlükəsizlik və sabitliyi gücləndirəcək nəticələr verəcəyinə ümid ifadə olunub.
Məlum olduğu kimi ötən gün Omanda ABŞ və İran arasında dolayı danışıqların birinci raundu keçirilib. Tərəflərin aprelin 19-da yenidən görüşəcəyi gözlənilir.
Surxay Əliyev