Ağ Evdən ABŞ-İran danışıqları ilə bağlı açıqlama - Vitkoff Trampın göstərişini Arakçıya çatdırdı...

Açıqlamada deyilir:-“ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin ev sahibliyi ilə İranın xarici işlər naziri Abbas Arakçı ilə danışıqlar aparıb. Danışıqlar çox müsbət və konstruktiv keçdi”. Açıqlamada Vitkoffun Arakçıya prezident Trampın “iki ölkə arasındakı problemləri dialoq və diplomatiya yolu ilə həll etmək” göstərişini çatdırdığı bildirilib. İki ölkə arasındakı məsələlərin mürəkkəb olduğu vurğulanan açıqlamada Witkoffun birbaşa ünsiyyətin hər iki tərəf üçün faydalı nəticələr verəcək bir addım olduğuna diqqət çəkdiyi vurğulanıb.
Açıqlamada tərəflərin aprelin 19-da yenidən görüşəcəyi qeyd olunub.
Surxay Əliyev