Omanda ABŞ-la İran arasında nüvə danışıqları başladı...

İran və ABŞ arasında Omanda davam edən danışıqların müsbət atmosferdə davam etdiyi bildirilir.
İranın danışıqlar qrupunun adı açıqlanmayan rəsmisi İranın yarı rəsmi Tasnim xəbər agentliyinə açıqlamasında deyib: "İran və ABŞ arasında danışıqların atmosferi müsbətdir".Tərəflər arasında mesaj mübadiləsinin hələ də davam etdiyini bildirən İran rəsmisi, "Danışıqlar hələ bitməyib və davam etsə də, danışıqların sabaha qədər təxirə salınmasının mümkün olmadığını düşünürəm"- deyə qeyd edib.
Qeyd edək ki, danışıqlar İranın nüvə proqramı ilə bağlı keçirilir.
Surxay Əliyev