“The Telegraph”: - “Rusiyanın yay hücumu uğursuzluğa məhkumdur”

Ukraynanın pilotsuz uçuş aparatları ilə düşmən hədəflərinə dəqiq zərbələr endirmək qabiliyyəti Moskvanın ön cəbhəyə əhəmiyyətli qüvvələr yerləşdirməsini çətinləşdirir və irəliləyişi çətinləşdirir. Moskva qoşunlarının Ukrayna mövqelərinə hücumlarını gücləndirdiyi bir vaxtda Ukrayna Rusiyadan gəzlənən yeni böyük hücuma hazırlaşır. Kiyev bildirir ki, Rusiya ehtiyatları növbəti böyük hücuma hazırlıq üçün yığılır.Bununla belə, analitiklər Vladimir Putinin mümkün sülh sazişindən əvvəl yeni ərazilər ələ keçirmək ambisiyalarının reallaşmayacağını düşünürlər. Səbəb isə Rusiya ordusunda çoxsaylı problemlər, zəif təşkilatlanma və texnika çatışmazlığıdır. Müşahidəçilər qeyd edirlər ki, rus qoşunları tank və zirehli texnika ehtiyatlarını demək olar ki, tükəndirib. Kiçik taktiki uğurlarla Rusiyanın resursları məhdud olduğu üçün onlardan yararlana bilməyəcək. Bundan əlavə, Ukraynanın pilotsuz təyyarələrlə dəqiq zərbələr endirmək qabiliyyəti Moskvanın cəbhə xəttində əhəmiyyətli qüvvələr yerləşdirməsini çətinləşdirir və bu, böyük irəliləyiş ehtimalını aşağı salır. Bu barədə The Telegraph-a Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo bildirib:- "Hələlik Rusiyanın cəbhə xəttində istənilən hücumu qeyri-mümkündür. Rusiyanın cəbhə xəttində böyük hərbi qələbələri yoxdur, ona görə də onlar böyük hərəkətlər və üstünlüklər olduğunun görüntüsü yaratmaq istəyirlər. Lakin biz bunu yerlərdə görmürük".
Surxay Əliyev