Britaniya və Norveçdən Ukraynaya 580 milyon dollarlıq JEST

Britaniya və Norveç PUA istehsalı üçün Ukraynaya 580 milyon dollar ayırmaq qərarına gəlib.
Bloomberg xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb: "İki ölkə aprelin 11-də Brüsseldə Böyük Britaniya və Almaniyanın həmsədrliyi ilə Ukrayna tərəfdarlarının görüşündə mövcud maliyyə mənbələrindən 450 milyon funt sterlinq (580 milyon dollar) məbləğində birgə paket təqdim edəcək" - Nazirliyin məlumatında belə deyilir.
Qeyd olunub ki, tədbirlər paketi həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinin maliyyələşdirilməsinə kömək edəcək.
Mətləb Salahov