Kamala Harris yenə seçkilərə hazırlaşır- bu dəfə qubernator olmaq üçün...

Son prezident seçkilərində Donald Trampa uduzan ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatoru olmaq istəyir. Bu barədə “New York Times”nəşri məlumat yayıb. Qubernator kreslosu 2026-cı ildə Demokrat Gevin Nyusom istefa verdikdə boş qalacaq. Ştat rəhbərinə seçkilər noyabrın 3-nə təyin edilib.
Nəşrin məlumatına görə, K.Harris öz partiyadaşlarına bildirib ki, Kaliforniya qubernatoru kimi o, ABŞ prezidenti Donald Trampa və onun siyasətinə qarşı dura, həmçinin demokratların dəyərlərini müdafiə edə bilər.
Mətləb