Nyu-Yorkda helikopter çaya düşüb, 6 nəfər vəfat edib

Nyu-Yorkda helikopterin Hadson çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya yüksəlib. ABŞ mediasının yazdığına görə, polis təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb. Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub. Hadisənin baş vermə səbəbi araşdırılır.
Mətləb