Çərşənbə axşamı günü, 6 may 2025
     

Türkiyə "Kürəcik radarını" söndürsə, İsrail İran raketlərinə "kor" qalacaq...

Image

Vətən Partiyası Mərkəzi Komitəsinin üzvü, təqaüddə olan Hərbi Hava Qərargahı polkovniki İhsan Sefa “Müstəqil Türkiyə” üçün məqalə yazıb, İsrail təhlükəsini və Türkiyənin ona qarşı atmalı olduğu tədbirləri araşdırıb: - Netanyahunun başçılıq etdiyi İsrail təcavüzkar siyasətləri ilə bütün Yaxın Şərqi və müsəlman dünyasını böyük müharibənin içinə çəkmək istəyir. İsrail Cənubi Livanın, Cənubi Suriyanın və təbii ki, Fələstin Dövlətinin torpaqlarını işğal etməkdə davam edir. Təbii ki,Təl-Əviv bununla kifayətlənməyəcək və işğalını genişləndirəcək.

TÜRKİYƏ PRİORİTET HƏDƏFDİR

Biz hər cəhətdən bunun əlamətlərini görürük. Bütün dünyada “növbəti ölkə hansıdır?” sualı verilir. Artıq sual verilməyə başlanıb. “İran” cavabı göz qabağında olsa da, Türkiyə də ən az Tehran qədər İsrailin hədəfindədir. Bunu anlamaq üçün astroloq olmağa və ya gizli planları deşifrə etməyə ehtiyac yoxdur.

BOMBARDMANLAR İLƏ TÜRKİYƏYƏ MESAJ

İsrail bəyanatları və hətta hərəkətləri ilə bunu açıq şəkildə nümayiş etdirir: İsrail Ordusu Suriyada Əsədin devrilməsindən sonra başlayan işğalını intensiv bombardmanlarla davam etdirir. İsrail dekabrdan bəri Suriyada 700-dən çox hücum həyata keçirib. Bu yaxınlarda onların xüsusi hədəfi T4 (Tiyas) aviabazasI oldu. Dünya mətbuatında Dəməşq hökumətinin bu bazanı Türkiyəyə vermək istədiyi barədə məlumatlar yayılıb. İsrailin bundan narahat olduğu aydındır. Təl-Əviv Türkiyənin Suriyadakı mümkün bazasını öz təcavüzkar məqsədlərinə maneə kimi görür. İsrail müdafiə naziri Katz Dəməşqi “Düşmən qüvvələrin Suriyaya girməsinə icazə versəniz, bunun əvəzini ağır ödəyəcəksiniz” deyib.İsrail radiosu isə bu bombardmanların Ərdoğana mesaj olduğunu açıqlayıb. Oxşar bəyanatlar bir-birinin ardınca gəlir
.
NETANYAHUNUN BAŞ MÜTTƏFİQİ

Təbii ki, Netanyahu bu aqressiv münasibətdə tək deyil. Ukrayna cəbhəsindən çəkilməyi planlaşdıran ABŞ Şərqi Aralıq dənizinə diqqət yetirir. Əbəs yerə deyil ki, İsrail mətbuatı Suriyadakı bombardmanları təhlil edərkən Türkiyənin artıq ruhən NATO müttəfiqi olmadığını vurğulayır. İsrailin ABŞ-dakı görüşləri və Netanyahunun Vaşinqtona səfəri bir-birini izləyir. İsrailin Suriyada sabit və unitar hökumətin olmasını istəmədiyi şübhəsizdir. Burada da İsrail qarşısında ən böyük maneə kimi Türkiyəni görür.

ŞƏRQİ ARALIQ DƏNİZİNDƏN MUHASİRƏ

Suriyada unitar quruluşun tərəfdarı olan Türkiyənin maneəsini aradan qaldırmaq istəyən İsrail Suriyanı işğal edib bombalamaqla yanaşı, Şərqi Aralıq dənizindən Türkiyəni mühasirəyə almağa çalışır. Bu bölgədə son hərbi təlimlər və İsrailin Kipr Rum Administrasiyasıyla sıx fəaliyyətləri diqqət çəkir. İsrail hətta Qətəri də özü ilə apara bilər. Yunan Kiprinin Yunanıstandan daha çox İsrailə güvənməsi də bu səbəbdəndir. Xatırlayırsınızsa, Cənubi Kiprin müdafiə naziri Vasilis Palmas ölkəsindəki bazalardan istifadə etməkdə İsrailin imtiyazlı olacağını bildirərək, "Yunanlar bizim qardaşımız ola bilər, amma İsrail bizim qonşumuzdur. İsraillilər tam yanımızdadır. Üç dəqiqəyə Kiprə gələ bilərlər" demişdi. Ötən gün ABŞ Nümayəndələr Palatasına təqdim edilən “Amerika-Yunan-İsrail Şərqi Aralıq dənizində 2025-ci il Terrorla Mübarizə və Dəniz Təhlükəsizliyi Tərəfdaşlığı Aktı” adlı qanun layihəsi mahiyyət etibarı ilə Türkiyəyə qarşı qurulan ittifaqın rəsmiləşdirilməsinə yönəlib. Trampın Ərdoğanı tərifləməsinə fikir verməyin. Türkiyə Şərqi Aralıq dənizindəki mühasirəyə regional ittifaqlarla cavab verməlidir. Misir, Livan, Suriya, İraq, İran, Azərbaycan və Rusiya Türkiyənin müttəfiqlik potensialıdır. Türkiyə bu potensialı dəyərləndirməlidir.

“İKİNCİ İSRAİL” PLANI HƏRƏKƏTDƏDİR

Digər tərəfdən, İsrail Suriyadakı piroksi qüvvələrini gücləndirməkdə davam edir. İsrail baxımından PKK/PYD-nin silahı yerə qoyması tamamilə qəbuledilməzdir. Hətta Əsədin devrilməsindən sonra yaranmış fürsətdən öz xeyirlərinə istifadə etmək istəyirlər. İsrail “İkinci İsrail”lə qonşu olacağı yeni xəritə cızmağa çalışır. Suriya torpaqlarındakı işğallara nəzər saldıqda bunu görmək mümkündür. PKK/PYD-yə silah göndərilməsi davam edir. Ağ Ev həmçinin Suriyadan çəkilməkdənsə, Yaxın Şərqdə hərbi gücünü artıracağını açıqlayıb.

İSRAİLİN MÜHARİBƏ HAZIRLIQLARI

Aydındır ki, bütün bunlar müharibəyə hazırlıqdır. İsrailin sülh və öz təhlükəsizliyinin arxasında olduğuna inanan yoxdur. Lakin Netanyahu müharibəni bitirməkdən çox uzağa, daha böyük bir müharibəyə başlamağa hazırlaşır. İsrail Türkiyə üçün ciddi təhlükəsizlik probleminə çevrilir. Çıxışlarla,bəyanatlarla nə İsrailin təcavüzünü, nə də hər hansı müharibəni dayandırmaq mümkün deyil. Təcrübə ilə bu sabitlənmişdir. Əslində İsrail bunu zəiflik kimi qiymətləndirir. Və İsrail ciddi bir hərəkət və ya sözlə ifadə edilə bilməyəcək “Dəmir yumruq” görmədikcə, geri çəkilmək bir yana, daha şiddətli hərəkət etməyə davam edəcək.

MÜHARİBƏNİ DAYANDIRACAQ ƏSAS GÜC: TSK

Türk Ordusu Türkiyənin bu təhlükəyə qarşı ən böyük zəmanətidir. Türk Ordusu bu təhlükə ilə üzləşməyə hər zaman hazır olmalıdır. Bu hazırlıq həm də NATO-ya alternativ silahlar və müdafiə texnologiyaları ilə dəstəklənməlidir. Milli müdafiə sənayemiz bu baxımdan göz bəbəyimizdir. Təbii ki, NATO-dan kənar real tərəfdaşlarımızla münasibətlər də bu çərçivədə inkişaf etdirilməlidir. Digər tərəfdən, Türkiyənin əlində bir kozır var, Kürecik Radarı. Bu, söndürülərsə, İranın ballistik raketlərinə qarşı İsraili kor edəcək və onun Dəmir Qübbəsini təsirsiz hala gətirəcək.

İSRAİL TƏCAVÜZÜNÜ YALNIZ SURİYA HÖKUMƏTİ DAYANDIRA BİLƏRMİ?

Bu ekvivalent gücün yaradılması həm də bir sıra beynəlxalq ittifaqların qurulmasını tələb edir. Xüsusən də İsrail və ABŞ kimi böyük dövlətlərin rəhbərlik etdiyi blokla qarşılaşdığınız zaman. Şaraa hökuməti ilə əlaqələr, əlbəttə ki, vacibdir. Lakin yeni Dəməşq hökuməti İsrail işğalına qarşı barmağını belə tərpətməyib və bacarmayıb. Şəriət qüvvələri Dəməşqə daxil olarkən, fürsətçi İsrail Suriyanın Əsəddən qalan bütün hərbi infrastrukturunu, hava hücumundan müdafiə sistemlərini və silah-sursat anbarlarını məhv etdi. Bu gün Şaaranın piyada silahlarından başqa heç nəyi yoxdur. Türkiyə Suriyanın ərazi bütövlüyü ilə bağlı razılığa gələ biləcəyi Rusiya və İranla soyuqlaşan münasibətlərini təcili şəkildə canlandırmalı, səpələdiyi Astana masasını təmizləməli və Şərqi Aralıq dənizində möhkəm müttəfiqlər qazanmalıdır. Yoxsa nə qədər iradə və gücünüz olsa da, quru çıxışlar etməkdən başqa çarəniz yoxdur.

“İKİNCİ İSRAİL” LAYİHƏSİNİ DƏFN ETMƏK LAZIMDIR

İsrailin planlarına vurulan ən mühüm zərbə “ikinci İsrail” layihəsinin dirçəlmədən dəfn edilməsidir. Yəni PKK/PYD-ni tamamilə məhv etmək lazımdır. Bu həm də silah biznesidir. Görünür, tərksilah təkcə məktublarla, yaxud ictimai rəylə mümkün deyil. PYD-nin bağlı olduğu KCK-nın lideri Abdullah Öcalanın qrupların silahı yerə qoymasını tələb edən məktubu İsrailin dəstəyi ilə diqqətdən kənarda qalır. PYD-nin artan tələbləri ilə Mazlum Abdi ilə Şaara arasındakı razılaşmanın nəticə verməyəcəyinə dair əlamətlər yavaş-yavaş ortaya çıxır. Prezident Ərdoğanın danışdığı “dəmir yumruq” variantı artıq gündəmə gəlməlidir. Yəni İsrailin bölgədəki nümayəndəsi olan PKK/PYD-yə lazımi zərbəni vurmaq üçün əzmkarlıq nümayiş etdirilməli, geriyə addım atmamaqla, çəkinmədən dəmir yumruq hədəfə vurulmalıdır. Bunun beynəlxalq şərtləri var. Əhəmiyyətli olan o strategiyaya sahib olmaq və hərbi şəkildə hərəkətə keçməkdir.

BÜTÜN BƏŞƏRİYYƏTİN ÖNCÜLÜ OLMALI

Yalnız bu yolla Türkiyənin təhlükəsizliyi təmin oluna bilər və yalnız bu yolla İsraili öz yerinə oturdula bilər. Prezident Rəcəb Tayyib Ərdoğan ötən il bayram namazından sonra verdiyi açıqlamada “Allah sionist İsraili bədbəxt etsin” demişdi. Lakin paylaşdığımız bu arzunun vəd olaraq qalacağı və gerçəkləşəcəyi atılacaq addımlardan asılıdır. Üstəlik, Türkiyə bu addımı ilə təkcə öz təhlükəsizliyini təmin etməyəcək, həm də bölgədə İsrail ekspansionizminin qarşısını almaqla sözün əsl mənasında Yaxın Şərqdə müsəlmanların himayəçisi roluna yiyələnəcək. Əslində, bununla Türkiyə təkcə müsəlmanlar və Yaxın Şərq üçün deyil, həm də Avrasiyadan Afrikaya və Latın Amerikasına qədər bütün bəşəriyyət üçün bir öncül olacaq.İsrail sionizminə lazımi dərs verilməlidir! Türkiyə İsraili məğlub edəcək

Surxay Əliyev



VİDEO

SON XƏBƏRLƏR

07.05.2025 / 01:46
İki nüvə dövləti arasında savaş başladı - Hindistan Pakistana hücum etdi +VİDEO

07.05.2025 / 00:22
Tramp İsraildən xəbərsiz Yəmən husiləri ilə atəşkəs razılaşmasına getdi - Təl-Əviv şokda...

06.05.2025 / 21:28
"Böyük Vətən Müharibəsi"nin dövrü bitdi, 2-ci Dünya Müharibəsi başladı...

06.05.2025 / 21:14
Hindistan Bahlihar bəndini kəsdi - Pakistan susuz qaldı...

06.05.2025 / 21:02
Özgür Özələ hücum edən Tengioğlunun polisə verdiyi ifadənin təfərrüatları...

06.05.2025 / 20:59
Paşinyan iqtidarı ilk dəfə Rusiyaya qarşı “casus ittihamı” irəli sürdü...

06.05.2025 / 20:45
8 OPEK+ ölkəsi təhlükəli neft qərarı verə bilər - Azərbaycana da dəxli var...

06.05.2025 / 20:32
Trampın 100 faizlik yeni rüsum qərarı Azərbaycana da təsirli ola bilər...

06.05.2025 / 20:30
Fridrix Merç ikinci cəhddə Almaniya kansleri seçildi

06.05.2025 / 20:29
ABŞ prezidenti Tramp Erməni QHT və mediasın pulunu kəsdi

06.05.2025 / 20:28
Çin 87 milyard avroluq əsrin layihəsini tikir

06.05.2025 / 20:26
Ramzan Kadırov sağalmaz xəstəliyə tutulub – istefa üçün müraciət etdi

06.05.2025 / 20:18
Azərbaycan-BMT münasibətləri yeni formatda qurulur...

06.05.2025 / 20:11
Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

06.05.2025 / 20:05
Azər Badamovun deport olunmasının ən ilginc məqamı - deputat Heydər Əliyevin anımına gedirdi...

06.05.2025 / 19:52
Doğuş üstündə ölümlər 70 faiz artıb...

06.05.2025 / 19:50
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu - Aqarunov Albert Aqarunoviç

06.05.2025 / 19:44
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - FOTO

06.05.2025 / 19:37
"Köçəryan Moskvanın, Simonyan isə Bakı və Ankaranın casusudur…"

06.05.2025 / 19:25
Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

06.05.2025 / 19:17
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirildi - FOTO

06.05.2025 / 18:57
"Azərbaycanla Vyetnam əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir" - Prezident

06.05.2025 / 18:57
Rusiya qələbənin 80 illiyindən çox uca danışır, İrəvanda faşist heykəllərinə isə susur...

06.05.2025 / 18:50
Prezident İlham Əliyev: "Azərbaycanla Vyetnam arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"

06.05.2025 / 18:47
"Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir" - Prezident

06.05.2025 / 18:43
Müştərilər "Unibank"dan niyə bu qədər şikayətçi düşür?...

06.05.2025 / 18:42
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib

06.05.2025 / 18:30
Hindistan-Pakistan müharibəsində Rusiya pərdəarxası rol oynayır...

06.05.2025 / 18:16
Tramp indi də Ərdoğanla Netanyahunu barışdırmağa cəhd edəcək...

06.05.2025 / 18:02
Putin Kreml hakimiyyətinə daha nəzarət edə bilmir - Badamov olayı ifşa edir...

06.05.2025 / 17:48
Heqset Trampla razılaşmadan Ukraynaya silah tədarükünü dayandırmışdı

06.05.2025 / 17:47
Avropa Şurasının rəhbəri ABŞ-ın tarif siyasətini “iqtisadi faciə” adlandırdı

06.05.2025 / 17:44
Özgür Özəldən şok açıqlama: Əmr verildi, “İmamoğlu öldürüləcək”

06.05.2025 / 17:39
Liseylə məktəb-liseyin nə fərqi var? - Bakı məktəblərinin cazibəli adları...

06.05.2025 / 17:26
İran əvvəllər Ermənistanın üstündə qurduğu Cənub-Qərb marşrutunu dəyişdirdi...

06.05.2025 / 17:15
11 minə yaxın şagird buraxılış imtahanından şikayətçi düşdü ...

06.05.2025 / 17:10
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06.05.2025 / 17:03
Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb - FOTO

06.05.2025 / 16:55
"80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəmdən xəsarətlər aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş ekskavator sürücüsü

06.05.2025 / 16:50
Elçin Əmirbəyov çilili XİN rəhbəri ilə Orta Dəhlizin potensialını müzakirə edib

06.05.2025 / 16:15
Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər təyin etdi

06.05.2025 / 16:07
Pakistanla imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqləndi

06.05.2025 / 16:04
Prezident İlham Əliyev Pakistanla gömrük sahəsində imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

06.05.2025 / 15:54
Xaçmazda oğurluq edən şəxslər yaxalandı

06.05.2025 / 15:50
Xalqın baş tacı şəhid Rusif

06.05.2025 / 15:44
Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06.05.2025 / 15:40
Belarusun Baş naziri Ağdam Sənaye Parkında və Sarıcalı kəndində olub...

06.05.2025 / 15:25
Tramp Putinin üçgünlük atəşkəs qərarını "çox böyük addım" adlandırdı...

06.05.2025 / 15:07
"Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

06.05.2025 / 14:34
Ukrayna Moskvanı pilotsuz “təyyarə yağışına” tutdu

06.05.2025 / 14:32
Hindistan - Pakistan münaqişəsi: Gərginliyi azaltmaq üçün İran, BMT, Aİ hərəkətə keçdi

06.05.2025 / 14:31
Türkiyə əks-kəşfiyyatı Hizbullaha qarşı “peycer hücumunun” qarşısını aldı

06.05.2025 / 14:29
“Mossad"ın problemi: “İsrailin Husilərlə bağlı heç bir məlumatı yoxdur”

06.05.2025 / 14:15
Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

06.05.2025 / 14:04
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır

06.05.2025 / 13:47
Kazım Hüseynəliyev Naxçıvanın iqtisadiyyat naziri təyin edildi

06.05.2025 / 13:36
Polis əməliyyat keçirdi, külli miqdarda narkotik dövriyyədən çıxarıldı

06.05.2025 / 13:23
Ətraf mühitə zərər vuran şirkətlərin işi məhkəməyə göndərildi

06.05.2025 / 13:10
Кибератака России на Азербайджан! Россию умом не понять... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.05.2025 / 12:56
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olundu

06.05.2025 / 12:43
MEDİA Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

06.05.2025 / 12:35
Prezident İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət etdi

06.05.2025 / 12:05
Gələn il 140 min keçmiş məcburi köçkün Qarabağa və Şərqi Zəngəzura qayıdacaq

06.05.2025 / 12:04
Gələn ay vizasız Rusiyaya gələnlər üçün yeni qaydalar qüvvəyə minəcək

06.05.2025 / 11:26
Ulduz futbolçu ilk dəfə övladının üzünü göstərib

06.05.2025 / 11:17
Rüşvətə görə həbs edilən keçmiş hakim barədə qərar verildi

06.05.2025 / 11:12
Paşinyanı sərt tənqid edirdi, bu gecə maşınını yandırdılar...

06.05.2025 / 11:06
Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.05.2025 / 11:03
Rusiya Ermənistanı müharibə ilə hədələdi - CANLI

06.05.2025 / 11:00
"Azərbaycan və İran arasında münasibətlərdə yeni bir mərhələ başlayıb" - İran rəsmisi

06.05.2025 / 10:32
Əhməd əş-Şəraa sabah Parisə gedir

06.05.2025 / 10:22
27 nəfər şübhəli saxlanılıb - polisdən açıqlama

06.05.2025 / 10:20
Bəzi əraziləri su basıb - FHN yağıntılı hava barədə məlumat yaydı

06.05.2025 / 10:14
Ulduz futbolçu kinoaktrisanı döyüb - İtaliyada şok qalmaqal!

06.05.2025 / 10:07
Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub

06.05.2025 / 10:00
Tramp Rusiyanın sərbəst buraxdığı balerina ilə görüşüb

06.05.2025 / 09:36
Paşinyan Marselin ermənipərəst meri ilə görüşüb

06.05.2025 / 09:27
Yol qəzasında xəsarət alan sürücü xəstəxanada vəfat edib

06.05.2025 / 09:22
Banklar köhnəlmiş valyuta əskinaslarından imtina edir - kim haqlıdır...

06.05.2025 / 09:20
Bu axşam "İnter"-"Barselona" qarşılaşması var

06.05.2025 / 09:12
Dünya ŞOKDA - Qəzzada ərzaq tükənib!

Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678