İsrail bu il də hərbi parad keçirməyəcək

Artıq ikinci ildir ki, İsraiı Ordusunun Hərbi Hava Qüvvələri davam edən müharibə səbəbindən belə bir qərar qəbul edir. Hərbçilər qərara gəliblər ki, İsrail Hərbi Hava Qüvvələri bu il də Müstəqillik Gününə həsr olunmuş illik uçuşu həyata keçirməsinlər. İsrail Ordusunun rəhbərliyi bildirir ki, hərbçilərin müharibə səbəbindən keçid və Hərbi Dəniz Donanmasının Eylatda yerləşdirilməsi baş tutmayacaq. Qeyd olunur ki, Milli Anım Günündə hərbi şərəf kimi Herzl dağındakı hərbi qəbiristanlıq üzərində dörd qırıcı təyyarə uçacaq. İsrail Müdafiə Qüvvələri keçən il də oxşar addım atmışdı.
Surxay Əliyev