İndoneziya: “ Türkiyə ilə yan-yana olmaq istəyirik”

İndoneziya prezidenti Prabovo Subianto cümə axşamı Türkiyə parlamentində çıxış edərək qlobal qeyri-sabitlik şəraitində Ankaranın ədalət uğrunda mübarizəsinə dəstək ifadə edib. “Biz bu qeyri-müəyyən dünyada ədaləti və həqiqəti müdafiə etməkdə Türkiyə ilə yan-yana dayanmaq istəyirik” deyən dövlət başçısı ölkələr arasında tarixən isti münasibətlərin olduğunu və İndoneziyanın Türkiyəyə Osmanlı İmperiyasının varisi kimi baxdığını bildirib. İki günlük səfərlə Türkiyədə olan Prabovo Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Fateh Sultan II Mehmedə şəxsi heyranlığını da ifadə edərək, onları öz qəhrəmanları adlandırıb.
Bu gün cümə axşamı İndoneziya prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi bildirilir.
Surxay Əliyev