Maskın da “kitabını bağlayırlar”

“ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir qrup demokrat milyarder İlon Maskın mayın 30-dək ABŞ prezidenti Donald Trampın administrasiyasını tərk etməsini təmin etmək üçün razılaşdırılmış kampaniyaya başlayıb”- Bu barədə ”Axios” nəşri xəbər verir. Demokratlar Partiyasının 77 üzvünün imzası ilə Donald Trampa ünvanlanan məktubda deyilir: “Biz sizin administrasiyanızdan dərhal açıq bəyanatla çıxış edərək Maskın mayın 30-na kimi qanunun tələb etdiyi kimi istefa verməsini və bütün qərar qəbuletmə səlahiyyətlərini təhvil verməsini tələb edirik”. Məktub müəllifləri əlavə ediblər ki, Maskın bir il ərzində “Tesla və SpaceX də daxil olmaqla şirkətləri ilə əlaqəsindən əl çəkmədən” xüsusi dövlət işçisi kimi fəaliyyətinə icazə verməyəcəklər. "Biz açıq şəkildə bildirdik ki, Respublikaçılar Partiyasına ictimai təzyiq mayın 30-dək daha da artacaq" –bunu Axiosa Texas Demokratı Qriqori Kazar deyib.Onun sözlərinə görə, Demokratlar Maskı vəzifədən kənarlaşdırmaq üçün "hər bir hüquqi və siyasi alətə" və "hər bir ictimai təzyiqə" malikdirlər. "Bir çox demokratların fikrincə, Tramp administrasiyası hökumətin etika qaydalarından daha vacib olan sahələrdə təkcə federal qanunlara deyil, həm də Konstitusiyaya məhəl qoymayıb.
Məlum olduğu kimi,2025-ci ilin yanvarında Prezident Donald Trampın qərarı ilə İlon Mask Amerika hökumətinin səmərəliliyini artırmaq, o cümlədən “səmərəsiz” məmurların işdən çıxarılması nəzərdə tutulan DOGE-yə rəhbərlik edib. CNN-in məlumatına görə, Səmərəlilik Departamenti fəaliyyəti dövründə federal agentliklərdən 121 mindən çox insanı işdən çıxarıb. Bir gün əvvəl isə məlum olub ki, Mask ABŞ prezidentinin tarif siyasətindən narazılığını bildirib və şəxsən Donald Trampdan irimiqyaslı rüsumların ləğvini istəyib. The Washington Post qeyd edir ki, Mask, həmçinin bacarıqlı immiqrantlar üçün H1-B vizaları və onun Hökumətin Effektivliyi Departamentinin hökumət xərclərinə yanaşılması kimi məsələlərdə Trampın komandası ilə razılaşmır.”
Surxay Əliyev