“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

Türkiyə ordusu əmri aldıqdan sonra 72 saat ərzində Təl-Əviv sərhədlərini işğal etmək gücündədir. Bunu CNNTürk-ə müsahibəsində Türkiyənin “Sonar” araşdırma mərkəzinin rəhbəri Hakan Barakçı deyib. Təhdid Tramp və Netanyahu arasında Ağ Evdə bu yaxınlarda keçirilmiş görüşünün nəticələrinin studiyada müzakirəsi zamanı dilə gətirilib. Daha sonra Barakçi, "Mən münaqişə istəmirəm və heç vaxt belə başağrısı istəməzdim" deyərək fikirlərini yumşaltmağa çalışıb. Bu fonda Qətərin “Middle East Eye” saytı İsrail və Türkiyənin Suriyada birbaşa münaqişənin qarşısını almaq üçün iki ölkə arasında “qaynar xətt”in yaradılması ilə bağlı gizli əlaqə saxladığını yazıb. Bu təmaslar zamanı İsrail nümayəndələri Suriyanın cənubunun tamamilə silahsızlaşdırılmasında, o cümlədən türk birləşmələrinin bölgəyə daxil olmasının qarşısının alınmasında israrlıdırlar.
Surxay Əliyev