"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

Ağ Ev jurnalistləri bunun bir strategiya olduğuna inandırmağa çalışsa da, Trampın özü qürurla bunu “instinktiv” addım adlandırıb. Belə ki, Donald Tramp müşavirlərinə xəbərdarlıq etmədən tarif siyasəti kursunu dəyişib. The New York Times yazır ki, rəsmilər bu qərardan mat qaldılar və onların bəyanatları prezidentin özünün sonradan söylədikləri ilə ziddiyyət təşkil etdi. Tramp gözlənilmədən əvvəllər tətbiq etdiyi sərt tarifləri 90 gün müddətinə dayandırdı. Onun baş məsləhətçilərinin əksəriyyəti qərar qəbul edildikdən sonra bundan xəbər tutdular - baxmayaraq ki, prezident elə həmin səhər sərt xətti açıq şəkildə dəstəkləmişdi. "Mən nə etdiyimi bilirəm" deyən Tramp bildiyini etdi, çərşənbə axşamı Respublikaçılara. "SAĞ OL!" deyə yazdı. Bir neçə dəqiqədən sonra isə əlavə etdi: "ALMAK ÜÇÜN ƏLA VAXTDIR!!!" Lakin həmin gün nahardan sonra- birjanın çökməsi və dövlət istiqrazlarının gəlirliliyinin kəskin artması fonunda Tramp öz mövqeyini dəyişdi. “Hətta ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir də kursun dəyişdiyini konqresdəki dinləmələr zamanı öyrənib”, -deyə mənbələr bildirib. Digər əsas məmurlar, o cümlədən maliyyə naziri Skott Bessent və mətbuat katibi Karolayn Levitt - ictimaiyyəti bütün bunların planlaşdırıldığına inandırmağa çalışdılar. "Bu, onun bütün strategiyası idi" deyə Bessent vurğulayıb. “Doğrudanmı siz prezident Trampın burada nə etdiyini başa düşmürsünüz”, bunu da Levitt əlavə edib. Lakin Trampın özü həm Bessent, həm də Levittin dedikləri ilə ziddiyyət təşkil edən bəyanatla çıxış etdi. Gömrük tarifinin niyə dəyişdiyini soruşduqda ABŞ prezidenti belə cavab verdi: "İnstinktiv olaraq... Həqiqətən daha instinktivdir." Bu qərar rəhbərliyi təəccübləndirdi. Bəzi məsləhətçilər hələ də bilmirlər ki, tariflər danışıqlar üçün dayandırılıb, yoxsa bu, bazar təzyiqinə müvəqqəti güzəştdir. Maliyyə Nazirliyinin rəhbəri maliyyə itkilərinin olduğunu təkzib edib: "Bu barədə deyəcək heç nəyim yoxdur... bu gün 10 illik çox yaxşı hərrac keçirdik." Ancaq məsləhətçilər şəxsi söhbətlərində buna səbəb bazardakı çaxnaşma olduğunu etiraf edirlər. Pauzanı hesablanmış addım kimi qələmə vermək cəhdlərinə baxmayaraq, aydındır ki, hətta Trampın yaxın ətrafı da onun tarif siyasətindəki dönüşdən xəbərsiz idi.
UNİAN-ın verdiyi xəbərə görə, ötən həftə Donald Tramp demək olar ki, bütün idxal mallarına əlavə rüsumların tətbiq ediləcəyini açıqlayıb. Üstəlik, rüsum dərəcəsi fərqləndirildi - hər bir ölkə üçün, Trampın komandasının ədalətli tarif hesab etdiyindən asılı olaraq. Bununla belə, dünən Tramp gözlənilmədən ABŞ-ın bütün ölkələr üçün gömrük tariflərinin müvəqqəti olaraq 10%-ə endiriləcəyini və yalnız Çin üçün onların nəinki həmin səviyyədə qalacağını, əksinə daha da artacağını – bildirdi.
Surxay Əliyev