Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyanat yayıb. Nazirliyin bəyanatında qeyd edilir ki, Həcc ziyarətinə getmək istəyənlərə yalnız səlahiyyətli həcc vizaları verən müvafiq Səudiyyə platformaları vasitəsilə rezervasiya edildikdə icazə veriləcək.
Nazirlik Həcc ziyarətində iştirak etmək istəyənlərə qeyri-rəsmi kanallardan istifadə edərək sifariş verməmələri barədə xəbərdarlıq edib. Bildirilib ki, qeyri-rəsmi kanallarda yayılan hər hansı məlumat və ya təkliflər çaşdırıcıdır və nazirliyi və ya müvafiq qurumları təmsil etmir.
Nazirlik əlavə edib ki, yalan reklamlara və ya saxta Həcc ziyarəti təkliflərinə aldanmamaq üçün ictimaiyyət verilən məlumatı yoxlamalıdır. Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən verilən rəsmi Həcc vizası 80 ölkədəki Həcc işləri idarələri ilə razılaşdırılaraq və ya “Nusuk Həcc” platforması vasitəsilə təşkil edilə bilər. Eyni zamanda, 126-dan çox ölkədən olan zəvvarlar üçün nəzərdə tutulmuş platforma vasitəsilə birbaşa bron etmək imkanı yaradılıb.
Mətləb Salahov