Zelenski: “155 Çin vətəndaşı Ukraynaya qarşı döyüşür”

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, 155 Çin vətəndaşı Rusiya tərəfində ukraynalılara qarşı vuruşur. Kiyev onların adlarını və pasport məlumatlarını da bilir.Bu barədə danışan Zelenski çərşənbə günü, aprelin 9-da keçirdiyi mətbuat konfransında "Çin" məsələsini "ciddi" adlandırıb. "Biz məlumat toplayırıq, inanırıq ki, onların sayı daha çoxdur, daha çox. Bu 155 nəfərin hamısının pasport məlumatları, haradan olduqları, Çin sənədləri, yaşı və s. var. Həmçinin xidmət yerləri: 70, 71, 255-ci motoatıcı alaylar və s.", - deyə o qeyd edib. Ukrayna prezidenti deyib ki, ruslar müvafiq reklamların yayıldığı TikTok və digər sosial şəbəkələr vasitəsilə çinliləri işə cəlb edirlər .Zelenskinin sözlərinə görə, Çin səlahiyyətlilərinin bu barədə heç bir məlumatı yoxdur.O,daha sonra qeyd etdi işə cəlb olunan Çin vətəndaşları Moskvaya gətirilir, orada tibbi müayinədən keçirilir, sonra isə bir-iki ay müddətinə təlim mərkəzlərinə göndərilir. Ukrayna prezidenti onu da əlavə edib ki, çinlilər “Mir” ödəniş sistemi vasitəsiylə ödəniş alırlar.
Surxay Əliyev