"Hücuma İsrail liderlik edəcək" - Trampdan İrana müharibə ANONSU!

ABŞ Prezidenti Donald Tramp İranı hədələyən bəyanatla çıxış edib. Ağ Ev rəhbəri İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə hərbi güc tətbiq edəcəyini bildirib. D.Tramp potensial hərbi hücuma İsrailin liderlik edəcəyini açıqlayıb.
“Əgər bu, hərbi həll tələb edirsə, biz hərbi yola əl atacağıq. İsrail açıq şəkildə bu işdə iştirak edəcək. Onlar bu prosesə liderlik edəcəklər”,- deyə Tramp qeyd edib.
Mətləb Salahov