Hollandiya İsrail səfirini məhşər ayağına çəkdi

Qəzzada 15 həkimin ölümü ilə nəticələnən təcili yardıma edilən ölümcül hücumla əlaqədar Hollandiya Xarici İşlər Nazirliyi İsrail səfirindən izahat tələb etmək üçün nazirliyə çağırdı.NL Times saytının çərşənbə axşamı verdiyi məlumata görə, Kaspar Veldkamp İsrail səfiri Modi Efraimi "Qəzza zolağında baş verən son hadisələrə aydınlıq gətirmək üçün" nazirliyə çağırıb. Ötən həftə Hollandiya hökuməti keçən ay İsrailin təcili yardım karvanına ölümcül hücumunu pisləyib. İsrail qüvvələri martın 23-də Qəzzanın cənubundakı Rəfah yaxınlığında ma.ən karvanına atəş açaraq təcili yardım işçilərini öldürüb. İsrail tərəfi əvvəlcə törətdiyi cinayətdən yayınmaq üçün qaranlıqda farlar və sayrışan işıqlar olmadan yaxınlaşan karvanın "şübhəli" obyekt olduğunu iddia edib.
Lakin ölən həkimlərdən birinin çəkdiyi cib telefonundakı videoda yaralılara kömək çağırışına gələn avtomobillərin fənərlərinin yandığı əks olunurdu. 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzanı amansız işğalı nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 50.800-dən çox fələstinli öldürülüb. Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qalantı Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək onların həbsinə order verib. İsrail həm də eksklavdakı müharibə ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım törədən tərəf kimi tanınıb.
Surxay Əliyev