Ermənistanla İran xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Aprelin 9-10-da Ermənistan Respublikası Silahlı Qüvvələriylə İran İslam Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri birgə təlimlər keçirəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan Silahlı Qüvvələrinin bölməsi Ermənistan ərazisində, İran İslam Respublikasının Silahlı Qüvvələrinin bölməsi isə İran ərazisində təlimlər keçirəcək. Təlimlərə simulyasiya edilmiş terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə hücumunun zərərsizləşdirilməsi üzrə hərəkətlər daxildir.
Surxay Əliyev