İsrail Qəzzada yaşayış binasını vurdu: 38 ölü

Yerli həkimlərin bildirdiyinə görə, İsrailin Qəzza şəhərinin Şucaiyyə məhəlləsində yaşayış binasına endirdiyi aviazərbə nəticəsində aralarında uşaqlar da daxil olmaqla 29 nəfər həlak olub. Onlarla sakin yaralanıb, bir çoxu isə hələ də dağıntılar altında qalıb. Zərbə qonşu evlərə də ziyan vurub. Həmişə olduğu kimi,İsrail ordusu guya hədəfin şimal anklavda hücumlar planlaşdırdığı iddia edilən yüksək səviyyəli Həmas üzvü olduğunu bildirib. Hərbçilər mülki şəxslərə dəyən zərərin azaldılması üçün "tətbirlər gördüyünü" vurğulayıblar. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin endirdiyi zərbələr nəticəsində cəmi bir gündə 38 nəfər həlak olub. İsrailin iki aylıq atəşkəsdən sonra yenidən hücuma başladığı 18 martdan bəri 1500-ə yaxın fələstinli həlak olub. Atəşkəs danışıqlarını bərpa etmək üçün edilən cəhdlər isə nəticəsiz qalıb.İsrail bir gün belə olsun Qəzzaya hücumlara ara vermir.
Surxay Əliyev