Tramp komandası çat verdi: ”Mask Ticarət Müşavirini “dəli” adlandırdı”

Biznesmen və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask çərşənbə axşamı, aprelin 8-də Trampın ticarət müşaviri Peter Navarronu prezident Donald Trampın tətbiq etdiyi rüsumlarla bağlı açıq şəkildə onunla mübahisə etməyə davam edərkən onu “dəli” adlandırıb. Münaqişə aprelin 5-də, Mask İtaliyanın sağçı Liqa partiyasının konfransında çıxış edərkən Avropa və ABŞ-ın “sıfır tarif vəziyyətinə keçəcəyinə” ümid etdiyini bildirəndən sonra başlayıb. Biznesmen, The Wall Street Journal-ın yazdığı kimi, şəxsən Trampdan rüsumları ləğv etməyi xahiş etsə də, bunun müsbət nəticəsi olmayıb. Elə həmin gün Mask sosial media hesabı - X-də Tramp administrasiyasının tarif planlarının hazırlanmasında əsas rol oynayan Navarronu tənqid edib: “Harvarddan iqtisadiyyat üzrə fəlsəfə doktoru pisdir, yaxşı deyil,” –deyə Mask yazıb. Aprelin 7-də Navarro isə CNBC-yə bildirib ki, Tesla qurucusu “avtomobil istehsalçısı yox, avtomobili yığandır”. "Onun Texasdakı zavoduna getsəniz, oradan aldıqları mühərriklərin çoxu Yaponiya və Çindən gəlir. Elektronika Tayvandan gəlir", - deyə Navarro bildirib. "Biz Akron istehsalı olan təkərlər istəyirik. İndianapolisdə istehsal edilmiş transmissiyalar istəyirik. Biz Flint və Saginavda istehsal olunan mühərriklər istəyirik. Və burada istehsal olunan avtomobillər istəyirik", - deyə Navarro bildirib. Qarşı tərəfin cavabı kifayət qədər sərt olub.Belə ki,Mask öz sosial şəbəkəsi X-də ona cavab verib: "Navarro əsl axmaqdır. Onun dedikləri açıq-aydın yalandır. Teslada ən çox Amerika avtomobili var. Navarro bir kisə kərpicdən də axmaqdır", - deyə iş adamı yazıb. Ağ Evin mətbuat katibi Kerolayn Livittin mübahisəyə münasibəti maraqlı olub. Onun iddiasına görə,bu mübahisənin açıqlanması Tramp administrasiyasının “tarixin ən şəffaf administrasiyası” olduğunu nümayiş etdirir. Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib: "Bunlar açıq-aydın ticarət və tariflər haqqında çox fərqli baxışları olan iki kişidir. Və biz onların ictimai çəkişmələrinin davam etməsinə icazə verəcəyik".
Surxay Əliyev