Növbəti Rusiya-ABŞ görüşü İstanbulda keçiriləcək - Ukrayna gündəmdə deyil...

ABŞ və Rusiya nümayəndə heyətləri aprelin 10-da İstanbulda ikinci dəfə görüşəcək.ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus görüşdə Ukraynanın gündəmdə olmayacağını bildirib. İstanbulda ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş aprelin 10-da cümə axşamı səhər saat 10:00-da Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək.
Rusiyanın TASS xəbər agentliyinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, İstanbulda keçiriləcək görüşdə Rusiyanın Vaşinqtondakı səfiri vəzifəsinə başlaması gözlənilən Aleksandr Darçiyev Rusiya nümayəndə heyətinə başçılıq edəcək. ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək. Kremlin sözçüsü Dmitri Peskov da Moskvada jurnalistlərə açıqlamasında Rusiya tərəfinin Xarici İşlər Nazirliyi səviyyəsində danışıqlarda iştirak edəcəyini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus ABŞ və Rusiya nümayəndə heyətlərinin aprelin 10-da İstanbulda görüşəcəyini və görüşdə Ukrayna məsələsinin gündəmdə olmayacağını bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus gündəlik mətbuat brifinqində qeyd edib ki,ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli missiyalarımızın əməliyyatlarını daha da sabitləşdirmək üçün aprelin 10-da İstanbulda ikinci dəfə görüşəcəklər. Temmi Bryus vurğulayıb ki, danışıqlar zamanı heç bir siyasi və təhlükəsizliklə bağlı məsələ müzakirə olunmayacaq və Ukrayna məsələsi ümumiyyətlə gündəmdə olmayacaq. Rusiya və ABŞ nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gələrək, ikitərəfli əlaqələrin bərpası və Ukraynada müharibənin dayandırılması kimi mövzuları müzakirə ediblər. ABŞ və Rusiya nümayəndə heyətləri iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində səfirliyin fəaliyyətini müzakirə etmək üçün fevralın 27-də İstanbulda ABŞ-ın İstanbuldakı Baş Konsulluğu iqamətgahında ilk görüşünü keçirib. Arnavutköydəki görüş təxminən 6,5 saat davam edib.
Surxay Əliyev