Pekin vətəndaşlarını Ukrayna müharibəsindən kənar durmağa çağırdı

Çin vətəndaşının Ukrayna tərəfindən əsir götürülməsi ilə bağlı yayımlanan xəbərlərə reaksiya verən rəsmi Pekin soydaşlarını silahlı münaqişələrdən uzaq durmağa çağırıb.Bununla belə Çin Xarici İşlər Nazirliyi cəbhədə daha çox çinlinin olması ilə bağlı "əsassız" iddiaları rədd edib və xəbərlərin araşdırıldığını bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib: “Çin hər zaman öz vətəndaşlarına hər hansı formada silahlı münaqişələrdən çəkinməyi qətiyyətlə tövsiyə edib”. Teleqraf.com-un məlumatına görə, Qərb kəşfiyyat xidmətləri hesab edir ki, bu, çox güman ki, əsir alınanlar Rusiyanın qeyri-rəsmi kanallar vasitəsilə cəlb etdiyi muzdlulardır.
Surxay Əliyev