ABŞ mallarına 25 faizlik rüsum tətbiq ediləcək - Avropa İttifaqı Trampa cavab verdi

Donald Trampın hədələyici sanskiya siyasətinə Avropa İttifaqından cavab gecikməyib. Belə ki, Avropa Komissiyası təxminən 22,1 milyard avro dəyərində ABŞ mallarının geniş çeşidinə 25 faizədək tariflərin tətbiqini nəzərdən keçirir. “Politico” nəşrinin məlumatına görə, bu, ilk növbədə seçicilərinin daha çox Respublikaçılar partiyasına səs verdiyi ABŞ-ın “qırmızı ştatlarından” olan məhsullara, əsasən də yük maşınlarına, siqaretlərə və dondurmalara şamil ediləcək.
Trans-Atlantik ixracdan ən çox asılı olan sektorlara zərər vurmaq məqsədilə kənd təsərrüfatından soya, ət, tütün məhsulları, sənayedən isə dəmir, polad və alüminium bu siyahıya daxil edilib.
Mətləb Salahov