Rusiya İranın arxasından qaçdı: - “ABŞ hücum edərsə”...

Çərşənbə günü Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Moskva ABŞ və İran arasında vəziyyətin nizamlanmasına ümid edir və hərbi ssenarinin qarşısını ala biləcəyinə ümid edir.Bu barədə “İnterfaks” agentliyi xəbər verir. "Sizin qeyd etdiyiniz ssenari (ABŞ-ın hücumları) baş verərsə, Rusiya İrana hərbi yardım göstərməyə borclu deyil. Lakin müqavilədə hərbi-texniki əməkdaşlıq və hərbi qarşılıqlı fəaliyyətlə bağlı digər maddələr də var. Bu əməkdaşlıq Ukraynada baş verən hadisələr fonunda fəal şəkildə inkişaf edir"-deyə Rudenko bildirib. Ona görə də hesab edirəm ki, belə bir ssenarinin baş verməsi, regionu ən dəhşətli nəticələrlə təhdid etdiyi üçün bütün vasitələrlə bundan qaçmaq istərdik. Və biz Rusiyanın daha bir münaqişəyə cəlb olunmasını istəməzdik, lakin buna baxmayaraq, hesab edirəm ki, lazım olan hər şeyi hökumətimiz öz üzərinə götürəcək”, - deyə Rudenko vurğulayıb.
Surxay Əliyev