London meri Fitr bayramıyla bağlı müraciətində İsraili tənqid etdi

Sadiq Xan Fitr bayramı münasibətilə verdiyi mesajda İsrailin “davam edən hərbi kampaniyası”nın “insanlığa xəyanətin” bir hissəsi olduğunu bəyan edib. Onun təbrik nitqi Britaniya yəhudi təşkilatlarının qəzəbli reaksiyasına səbəb olub. JNS xəbər verir ki, London meri Sadiq Xan müsəlmanların bayramını təbrik edərkən İsraili xüsusi tənqid edib, HƏMAS-ın adını çəkmədən yəhudi dövlətinin Qəzzada fələstinliləri öldürməklə "insanlığa xəyanət etməkdə" ittiham edib.
Müsəlman və İşçi Partiyasının üzvü olan Sadik Xan martın 29-da Britaniya yəhudi icması qruplarının kəskin etirazına səbəb olan açıqlamalarla çıxış etdi. Xan, Ramazan ayının sonu - Fitr bayramı münasibətilə təbrikində deyib: "İsrailin davam edən hərbi kampaniyası nəticəsində Qəzzada15 mini uşaq olmaqla 50 mindən çox fələstinli öldürülüb". "Sudan və Fələstində davam edən dəhşətli qətllər" bayram sevincini pozan "insanlığa xəyanət" idi. Britaniya yəhudi təşkilatları və icmaları üçün çətir orqanı olan Yəhudi Liderlik Şurası verdiyi açıqlamada Xanın açıqlamasında "londonlular arasında birliyi və əlaqəni" təşviq etmək əvəzinə "Birləşmiş Krallıqda antisemitizmin görünməmiş yüksəlişinə səbəb olan emosional ifadələrlə danışmasından" məyus olduğunu bildirib. Digərləri isə Xanı Qəzzada Həmas-ın nəzarətində olan səhiyyə nazirliyinin mübahisəli statistikasını təkrarladığına görə tənqid ediblər. Jewish News of London-un şikayətlərlə bağlı sualına Xanın sözçüsü qəzetə deyib: "Bələdiyyə meri dəfələrlə HƏMAS-ın İsrailə hücumlarına öz qəzəbini ifadə edib və bu terror aktlarını qətiyyətlə pisləyib. O, bütün insanların itkisindən kədərlənir və daimi atəşkəs çağırışlarını dəstəkləməyə davam edir".
Surxay Əliyev