Trampın tarif siyasəti Maskı da vurdu

Bloomberg xəbər verir ki, ABŞ prezidenti Donald Trampın tarifləri onun yaxın ətrafını vurması nəticəsində İlon Maskın sərvəti noyabr ayından bəri ilk dəfə 300 milyard dollar aşağı düşüb. Bazar ertəsi Mask Tesla səhmlərinin ucuzlaşmasından sonra 4,4 milyard dollar itirdi. Bloombergin məlumatına görə, iş adamının sərvəti 297,8 milyard dollara düşüb. Bu, ötən həftənin cümə axşamı və cümə günləri 31 milyardlıq itkidən sonra baş verib. 2025-ci ildən bəri məşhur sahibkar artıq 134,7 milyard dollar itirib.
Nəşr əlavə edib ki, Maskın sərvətinin azalması onun dönüşünün davamıdır. Teslanın səhmləri Trampın seçilməsindən sonra kəskin bahalaşaraq milyarderin sərvətini rekord həddə çatdırmışdı. O vaxtdan bəri iş adamının ABŞ prezidentinin yüksək rütbəli müşaviri rolu Teslanı “həm ölkə daxilində, həm də xaricdə etirazlar və vandalizm hədəfinə çevirdi”. “Milyarderin qütbləşdirici davranışı və sosial media fəaliyyəti potensial alıcıları özündən uzaqlaşdırır”,-deyə Bloomberg əlavə edib. Ümumilikdə, şirkətin səhmləri dekabrın ortalarında rekord həddə çatdıqdan sonra 50%-dən çox ucuzlaşıb.
Surxay Əliyev