Tariflərə görə Maskla Tramp arasında münasibətlər soyudu

Bu barədə yazan “Bild” qeyd edir ki, Donald Trampın ən nüfuzlu müşavirlərindən biri olan İlon Mask bu yaxınlarda Avropa ilə azad ticarət zonası yaratmaq təşəbbüsü ilə çıxış etdi – prezident administrasiyası isə tarifləri artırmaq siyasətini davam etdirir. Bununla bağlı mətbuatda İlon Maskın hökumət strukturlarından, xüsusən də onun dövlət xərclərinin optimallaşdırılması agentliyindən mümkün getməsi ilə bağlı xəbərlər yayılıb. Onun Trampın çevrəsində təsirinin getdikcə azaldığı da bildirilir. Mənbələrə görə, bir dönüş nöqtəsi, milyarderin rəsmi olaraq hökumətin üzvü olmamasına baxmayaraq, Maskın Çinlə müharibə üçün hərbi planlara dair məxfi Pentaqonun brifinqində iştirak etməli olduğu zaman baş verdi. Plan mediaya sızdı və ABŞ-da qəzəb dalğasına səbəb oldu. Mask və administrasiyanın digər üzvləri arasında fikir ayrılıqları da olması qeyd edilir. Elon Mask son həftələrdə tənqidlərə və ictimai etirazlara məruz qaldığından, media texnologiya milyarderinin tezliklə siyasətdən uzaqlaşaraq diqqətini öz biznesinə yönəldə biləcəyini ehtimal edir. Xüsusilə onun şirkəti Teslanın son günlər boykot və vandalizm çağırışları fonunda çoxsaylı çətinliklərlə üzləşdiyi bildirilir.
Surxay Əliyev