"Rusiyanın Ukraynanı bombalamasından xoşum gəlmir"

Bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə Rusiya və Ukrayna arasında atəşkəslə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Rusiya "hər həftə minlərlə gəncin ölümü" ilə nəticələnən hücumlar həyata keçirməkdə davam edir.Bu barədə “Deutsche Welle” xəbər verir. Tramp bildirib ki, Ağ Ev Rusiyanın Ukraynanı bombalamasını dayandırmasını istəyir.
Bundan əvvəl ABŞ prezidenti Vladimir Putinlə iki dəfə telefonla danışıb, ABŞ nümayəndə heyəti isə Səudiyyə Ərəbistanındakı Rusiya nümayəndələri ilə Ukraynada atəşkəslə bağlı danışıqlar aparıb. Aprelin 3-4-də isə Putinin xüsusi nümayəndəsi Kirill Dmitriev Vaşinqtonda olub və bu səfərə görə sanksiyalar ləğv edilib.
Surxay Əliyev