“Aİ ABŞ-a zərər vermək üçün yaradılıb” - ABŞ prezidentindən AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp ticarətlə bağlı Avropa İttifaqını tənqid edərək, bu qrupun “bizim üçün çox, çox pis olduğunu” deyib. Bu barədə The Hill yazır. "Mən həmişə deyirəm ki, bu qurum, Birləşmiş Ştatlara zərər vermək üçün yaradılıb. Onlar ticarətdə ABŞ-a qarşı vahid qüvvə yaratmaq üçün birləşiblər. Onların NATO-su var, əsasən eyni ölkələrdir və mən gələnə qədər ABŞ-ın üstünlüyündən maliyyə və hərbi cəhətdən sui-istifadə ediblər. Biz onlara hərbi müdafiələrinə görə pul veririk onlar isə ticarətdə bizi aldadırlar", - deyə Tramp qeyd edib
Surxay Əliyev