Ağ Evdə ÇAT - Mask Trampa qarşı

Donald Trampın son qərarları öz komandasında ciddi narazıçılıq yaradıb. ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş edib. Bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, biznesmenin ABŞ administrasiyasının prioritet fəaliyyət sahələrindən biri ilə razılaşmaması prezidentlə onun əsas müşavirlərindən biri arasında ən səs-küylü fikir ayrılığına çevrilib. Milyarder üçün miqrant vizası və DOGE-nin hökumət xərclərinə yanaşması kimi məsələlərdə Vaşinqton administrasiyasının digər yüksək vəzifəli rəsmiləri ilə razılaşmır.
Mətləb Salahov