Bu ölkədə baş prokuror prezidentin həbsini tələb edir...

Kosta-Rikada Baş prokuror və Prezident arasında gərginlik yaranıb. Bu barədə “La Nacion” nəşri məlumat yayıb. Belə ki, ölkənin Baş prokuroru Karlos Diaz Sançes ölkə Prezidenti Rodriqo Çavesə qarşı hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürüb.
Baş prokuror, Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankının vəsaiti hesabına ödənilməli olan ümumi dəyəri 405 min dollardan çox olan prezident iqamətgahı üçün rabitə xidmətlərinin göstərilməsi müqaviləsi ilə bağlı işdə Çavesi hədə-qorxu ilə tələb etməkdə ittiham edib. İş üzrə əsas şahid müqavilənin həyata keçirilməsi üzrə tenderin qalibi olan “RMC La Productora” şirkətinin prodüseri Kristian Bulqarelli Roxasdır.
Mətləb