Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

“Aİ-nin ABŞ-ın tariflərinə qarşı əks tədbirlərinin yekun siyahısı aprelin 15-də qəbul ediləcək, rüsumların birinci hissəsi həmin gün qüvvəyə minəcək”.Bunu ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maros Şefçoviç bəyan edib.”Qalan tariflər isə mayın 15-dən tətbiq ediləcək”- deyə AI rəsmisi bildirib. Bununla belə Şefçoviçin sözlərinə görə, Vaşinqton hazır olarsa, Avropa İttifaqı Birləşmiş Ştatlarla qarşılıqlı öhdəliklər üzrə danışıqlar masası arxasına oturmağa hazırdır, lakin Aİ “əbədi gözləməyəcək”.
Daha əvvəl isə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampa hər iki tərəfdən sənaye mallarına tətbiq edilən bütün rüsumları ləğv etməyi təklif edib, lakin “bu təklifə adekvat cavab verilməyib”. Fon der Leyenin sözlərinə görə, hazırkı vəziyyətdə Aİ Hindistan, Tailand, Malayziya və İndoneziya kimi digər ölkələrlə ticarəti genişləndirmək niyyətindədir. O, qlobal ticarətin 83%-nin ABŞ-dan kənarda həyata keçirildiyini vurğulayıb.
Surxay Əliyev