Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

Ermənistanda 2025-ci ilin yanvar-fevral aylarında doğum səviyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,1% azalıb. Bunu Ermənistan Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlar sübut edir. Ötən ilin yanvarından Ermənistanda doğum nisbətində azalma qeydə alınıb. Bildirilir ki, hesabat dövründə 4928 uşaq doğulubsa, 2024-cü ilin 2 ayında 5422 yeni doğulmuş körpə olub. Eyni zamanda, bu dövrdə 57 ölü doğuş faktı qeydə alınıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azdır. Ümumilikdə, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə 4919 nəfər dünyasını dəyişib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur.
Surxay Əliyev