Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

Ölkəmizə əlavə rüsumlar tətbiq edərək ABŞ-dan qisas alan istənilən ölkənin dərhal yeni və daha yüksək dərəcələrlə üzləşəcəyi barədə xəbərdarlığıma baxmayaraq, dünən Çin özünün rekord tarif dərəcələrinə əlavə olaraq 34%-lik cavab tarifləri tətbiq etdi. Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə yazıb.Tram qeyd edib ki, “Əgər Çin aprelin 8-nə kimi 34%-lik rüsum artımını geri qaytarmasa, ABŞ aprelin 9-dan etibarən Çinə 50%-lik əlavə rüsumlar tətbiq edəcək.
Bundan əlavə, Çinlə onların bizimlə tələb etdiyi görüşlərlə bağlı bütün danışıqlar dayandırılacaq! Görüş tələb edən digər ölkələrlə isə dərhal danışıqlara başlanılacaq”.
Surxay Əliyev