Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

Ukraynaya dəstək ABŞ-da getdikcə daha çox sanki bir siyasi xətaya çevrilir. The Wall Street Journal-a (WSJ) görə, amerikalıların 49%-i yardımın davam etdirilməsini dəstəkləyir, 44%-i isə bunun əleyhinədir. Lakin əsl fərq Konqresdəki Demokratlar və Respublikaçılar arasındadır: Belə ki,Demokratların 80%-dən çoxu Ukraynaya yardımı dəstəkləyir, respublikaçıların isə təxminən 80%-i yardımın azaldılmasını və ya tamamilə dayandırılmasını istəyir. Münaqişənin mahiyyəti Ukraynadan kənara çıxır. Donald Trampın partiya üzvlərinin 81%-i hesab edir ki, ABŞ-ın müttəfiqləri Amerikanın müdafiəsindən həddən artıq asılıdır və onlar daha çox məsuliyyət daşımalıdır. Demokratlar isə bunun əksini düşünür: 83% beynəlxalq alyansları Amerikanın gücünün mənbəyi adlandırır. NATO-ya dəstək demokratlar arasında 81%, respublikaçılar arasında isə cəmi 31% təşkil edir. Ukraynaya yardım isə mübahisənin mərkəzinə çevrilib. Martın əvvəlində Donald Tramp və Vladimir Zelenski arasında qızğın fikir mübadiləsindən sonra ABŞ hərbi təchizatı dayandırdı. Amma bir həftə sonra Ər-Riyadda Amerika və Ukrayna nümayəndə heyətlərinin görüşündən sonra Tramp administrasiyası hərbi yardımı bərpa etdi. ABŞ dövlət katibi Marko Rubio daha sonra barışdırıcı şəkildə dedi: "Ukrayna 30 günlük atəşkəsə hazırdır - indi top Moskvanın meydançasındadır". Trampın komandası son həftələr Rusiyanı getdikcə daha çox tənqid edir, sülh üçün güzəştə getməyə hazır olduğunu göstərməsə, Rusiyanı sanksiyalarla hədələyirlər. Respublikaçılar ABŞ-ın təcrid olunmasını müdafiə etməkdə davam edirlər. 77% Trampın fəlakətli yeni tarifl siyasətini dəstəkləyir və onlar bunun Amerikada iş yerlərini qoruyacağına inanır. Lakin Demokratlar bununla razılaşmırlar: 93% əmindir ki, rüsumlar ilk növbədə amerikalıları vuracaq və ən sadə məhsulların qiymətləri belə havada qalxacaq. Bu mənzərə Respublikaçıların getdikcə təcrid olunan xarici siyasətini təsdiqləyir. Respublikaçılar təkcə Ukraynaya yardımı kəsmək istəmirlər, həm də ümumiyyətlə Amerikanın qlobal öhdəliklərinə yenidən baxmaq istəyirlər.
Surxay Əliyev