ABŞ üniversitetlərində repressiya dalğası

ABŞ Fələstin tərəfdarı olan etirazlar aksiyalarında iştirak edən tələbələr üçün vizaları ləğv etməkdə davam edir - ən azı 300 belə hal artıq məlumdur Universitetlər arasında İsrailin siyasətləri ilə razılaşmayan tələbələrə qarşı yönəlmiş genişmiqyaslı repressiya kampaniyası ilə bağlı qorxular artır. KİV-in məlumatına görə, söhbət ABŞ-ın aparıcı universitetlərinin həm hazırkı tələbələri, həm də məzunları da daxil olmaqla yüzlərlə insandan gedir. Los Ancelesdə Kaliforniya Universitetinin rektoru Julio Frenk altı hazırkı tələbə və altı məzunun vizalarının ləğv edildiyini təsdiqləyib. Stanford Universiteti dörd tələbə və iki məzunun vizasının ləğvini təsdiqləyib.
Ötən il Fələstini müdafiə edən etirazların mərkəzində olan Kolumbiya Universiteti də dörd beynəlxalq tələbənin vizasını ləğv etdiyini təsdiqləyib. Tədbirlər ABŞ prezidenti Donald Trampın yanvarın 30-da “antisemitizmlə mübarizə” məqsədi ilə imzaladığı fərmandan sonra həyata keçirilib. Sənəd hakimiyyət orqanlarına Fələstinə dəstək aksiyalarında iştirak edən əcnəbi tələbələri deportasiya etmək üçün əsas verir. ABŞ dövlət katibi Marko Rubio martın 27-də açıq şəkildə “Həmasa dəstək verməkdə” ittiham etdiyi azı 300 tələbənin vizalarının ləğv edildiyini bildirib. Martın 25-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları Massaçusetsdə universitetin doktorantı Rumeisa Öztürkü saxlayıblar. Qız iftara çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bundan əvvəl fələstinli fəal və Kolumbiya Universitetinin məzunu Mahmud Xəlil saxlanılıb. Universitetlər arasında İsrailin siyasətləri ilə razılaşmayan tələbələrə qarşı yönəlmiş genişmiqyaslı repressiya kampaniyası ilə bağlı qorxular get-gedə artır.
Surxay Əliyev