İsrail jurnalistlərin olduğu çadırı vurdu

İsrail ordusu Qəzzanın mərkəzi və cənubuna zərbələr endirib,nəticədə bir juurnalist və digər dinc sakinlər həyatını itirib. Beləliklə 7 oktyabr 2023-cü il tarixindən - müharibə başlayandan bəri Qəzzada öldürülən jurnalistlərin sayı 210-a çatıb. İsrail ordusu Qəzza zolağının bir neçə bölgəsinə, o cümlədən Deyr əl-Bələh və Xan Yunus şəhərlərinə hava zərbələri endirib. Hədəflərdən biri jurnalistlər üçün çadır şəhərciyinin olduğu Nasser xəstəxanasının yaxınlığındakı ərazi olub. Zərbə nəticəsində fələstinli jurnalist Hilmi əl-Fəqavi həlak olub. Daha 10 nəfər, o cümlədən 9 jurnalist yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, əl-Fəqavi çadırın içərisində diri-diri yanıb. Bu hücumlarda ən azı 15 nəfər həlak olub. Onların arasında altı qadın və dörd uşaq olub. Bundan əvvəl İsrail baş nazirinin dəftərxanası Binyamin Netanyahunun Vaşinqtona gedərkən təyyarədə müdafiə naziri İsrael Kats ilə söhbət etdiyini bildirib. Söhbət zamanı hökumət başçısı raket hücumlarına “güclü cavab” verilməsi əmrini verib və Qəzzaya kütləvi hücumlar davam etdirilib. Öz növbəsində, Katz orduya Qəzzaya "çox güclü hücumlar" başlamaq əmri verdiyini təsdiqləyib. Xatırladaq ki, yanvarın 19-da atəşkəs elan olunsa da, İsrail martın 18-də Qəzzaya kütləvi hücumları bərpa edib.
Surxay Əliyev