50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

50-dən çox ölkə ticarət məsələsində danışıqlar aparmaq üçün Donald Tramp administrasiyasına müraciət edib. Bu barədə ABŞ Prezidentinin müşavirlərindən Kevin Hasset televiziyaya müsahibəsində bildirib. Hasset müraciət edənlərin gömrük tarifləri ilə bağlı müzakirə aparmaq istədiklərini deyib.
ABŞ-ın Ticarət naziri Hovard Lutnik bildirib ki, “başqa dövlətlər yeni rüsumlardan müxtəlif yolla yayına bilməsin deyə, pinqvinlərin məskunlaşdığı adalar belə, siyahıya daxil edilib”.
Mətləb